İşin Təsviri:
2G/3G/4G/5G mobil rabitə şəbəkələrində xüsusi test alətləri vasitəsilə, verilən test metodologiyalarına uyğun olaraq tələb olunan radio şəbəkə testlərinin yerinə yetirlməsi, nəticələrin analiz edilməsi və reportlarının hazırlanması.
Tələblər:
- Ali və Orta ixtisas təhsilli ( əsasən Telekommunikasiya, İnformasiya Texnologiyaları, Kompüter mühəndisliyi, Elektronika və s. oxşar ixtisasları bitirmiş gənclərə üstünlük veriləcək )
- Hərbi mükəlləfiyyəti tamamlamış
- İT və Telekommunikasiya sahəsində baza bilikləri
- İngilis dilində texniki terminləri anlamaq
- Çevik, öyrənməyə həvəsli, ünsiyyətcil, problem həll etmə və sərbəst işləmək bacarıqları
Sınaq müddəti: 1 ay (sınaq müddətində peşəkar mühəndislər tərəfindən işin incəlikləri öyrədilir və sınaq müddətinin sonunda sərbəst işləmək bacarıqları yoxlanılır)
CV-lərinizi “Radio Şəbəkə Testləri üzrə kiçik mühəndis” başlığı altında Müraciət Et düyməsində qeyd olunan E-mail ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Mövzu başlığı olmayan CV-lər nəzərə alınmayacaq. Maaş və işin digər detalları müsahibəyə dəvət olunan namizədlərlə üzbəüz görüşdə danışılacaqdır. İş təcrübəsi tələb olunmur. Magistr pilləsində oxuyan birinci kurs tələbələri də müraciət edə bilərlər.
Xahiş olunur işə və peşə öyrənməyə ehtiyacı olan ciddi şəxslər müraciət etsinlər.