A Azertexnolayn
  • 1.5K

İnsan Resursları üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları üzrə mütəxəssis

  • Deadline 17 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
ƏMAS sisteminin idarə edilməsi

  • Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi
  • İşçi məlumatlarının sistemə düzgün daxil edilməsi və mütəmadi yenilənməsi
  • İşçilərin vəzifə, maaş və digər əsas göstəricilərində dəyişikliklərin vaxtında sistemə daxil edilməsi
  • ƏMAS sistemində yaranan problemlərin həlli üçün aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanılması
  • Sistemdə edilən yenilikləri izləmək və tətbiq etmək

İşə qəbul və işdən çıxma proseslərinin idarə edilməsi

  • Yeni işçilərin əmək müqavilələrinin rəsmiləşdirilməsi və ƏMAS sisteminə daxil edilməsi
  • İşdən çıxan işçilərin əmək müqavilələrinin sistemdə ləğv edilməsi və qanunvericiliyə uyğun sənədləşmə aparılması
  • İşçi qəbulu və işdən çıxma ilə bağlı ƏMAS-dan hesabatların çıxarılması və rəhbərliyə təqdim edilməsi
  • Sınaq müddətində olan işçilərin müqavilə müddətinin izlənilməsi və zəruri tədbirlərin görülməsi

Məzuniyyətlərin idarə edilməsi və proqramda işlənməsi

  • İllik məzuniyyətlərin ƏMAS sistemində qeydiyyata alınması və təsdiqlənməsi
  • Xəstəlik vərəqələri və ödənişli / ödənişsiz məzuniyyətlərin sistemdə düzgün qeydiyyata alınması
  • Ezamiyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər halların ƏMAS sistemində əks etdirilməsi
  • İşçilərin məzuniyyət ərizələrinin toplanması və proqramda işlənməsi
  • Məzuniyyətlərin qanunvericiliyə uyğun verilməsinin təmin edilməsi və müvafiq sənədlərin hazırlanması
  • Məzuniyyət balanslarını izləmək və işçilərə məlumat vermək

Əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi

  • Əmək qanunvericiliyinə əsasən ƏMAS sistemində düzgün əməliyyatların aparılması
  • Əmək müqavilələrinin qanunvericiliyə uyğun tərtib olunmasına və sistemdə düzgün qeydiyyata alınmasına nəzarət
  • Dövlət orqanları tərəfindən tələblərə uyğun sənədlərin təqdim edilməsi

Hesabatların hazırlanması və analitika

  • ƏMAS sistemindən işçi sayı, işə qəbul, işdən çıxma və digər göstəricilərlə bağlı hesabatların hazırlanması
  • HR departamenti və rəhbərlik üçün mütəmadi analitik məlumatların təqdim edilməsi
  • İşçi müqavilələrinin müddətinin izlənilməsi və vaxtında yenilənməsinin təmin edilməsi

HR komandası və işçilərlə əlaqə

  • İşçilərin ƏMAS sistemi ilə bağlı sorğularının cavablandırılması və dəstək göstərilməsi
  • HR komandası ilə əməkdaşlıq edərək digər HR proseslərində iştirak etmək
  • ƏMAS sisteminin istifadəsi ilə bağlı daxili təlimlərdə iştirak və ya təşkil etmək

TƏLƏB OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR

  • ƏMAS sistemi ilə iş təcrübəsi və ya öyrənməyə hazırlıq
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi və əmək münasibətləri üzrə biliklər
  • HR sahəsində təcrübə (işə qəbul, müqavilə idarəetməsi, sənədləşmə və s.)
  • Microsoft Office proqramları, xüsusilə Excel və Word üzrə biliklər
  • Dəqiqlik, məsuliyyətlilik və məlumatların məxfiliyinə riayət etmək
  • Analitik düşünmə və hesabatlarla işləmə bacarığı

İş şəraiti

  • İş yeri: Sumqayıt şəhəri 
  • İmtiyazlar: Telefon,nahar,şəhərin 3 istiqamətində servis xidməti
  • İş günü: həftədə 5 gün (09:00-18:00)
  • Daily137
  • Weekly493
  • Monthly1067