Əmək funksiyası:
- Kimyəvi analiz hesabatlarını qeydiyyata alıb, Protokol sənəd qovluğuna yerləşdirmək;
- Yeni məhsulun dövriyyəyə alınması prosesində tökmə sahəsindəki bütün proseslərin (metal əritmə, qəlibləmə, içlik hazırlama) yaxından izlənməsi və sənədləşmənin aparılması;
- Yeni məhsul dövriyyəyə alındığı zaman KT və KN şöbəsinin tutduğu hesabatları əldə edib, qovluqlara yerləşdirmə;
- Yeni məhsul izlənmə cədvəlinin cari saxlanmasının təmin edilməsi;
- “PPAP” sənədlərinin hazırlanması zamanı öz sahəsi üzrə olan sənədlərin işlənməsi.
- “Dizayn istehsal planı”, “Model istehsal planı”, “Yeni istehsal planı” cədvəllərini izləməli və “Protokol sənədlər” cəvəlinin isə güncəl saxlanmasını təmin edir;
- Yeni məhsulun istehsalat addımlarının izlənməsi və nəticələrinin qeydə alınması;
- İstehsal olunan məhsulların təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
- Yeni tökülən məhsulların kəsmə-cilalama və qaynaq təlimatlarının yazılmasını təmin etmək;
- Yeni məhsulun son nəticəsinin protokol şəkildə sənədləşdirilməsi;
- Şöbə rəhbərinin tapşırdığı digər texniki məsələlərin həllində fəal iştirak etmək.
Bilməlidir:
- Metalların ümumi xüsusiyyətlərini və qəlibləmə texnologiyasını bilmək;
- MS Office proqramlarını (Word, Excel, PowerPoint) yaxşı səviyyədə bilməlidir;
- Yerli və beynəlxalq (DÜST, GOST, EN, İSO, APİ, AWWA və s.) standartlarda olan toleranslarla işləmək və bunları bilmək.
İş qrafiki:
- Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
- İstirahət günü: Şənbə və Bazar günü
Namizədə tələblər:
- Ali təhsil
- İngilis dili və Rus dili biliyi yüksək səviyyədə
- MS Office proqramları
- Anoloji sahə üzrə ən azı 1 il iş təcrübəsi
- İxtisas: Metallurgiya mühəndisliyi
Namizədlərin dəyərləndirilmə prosesi:
- Birinci mərhələ- Məntiq və İngilis dilindən test imtahanı
- İkinci mərhələ- İnsan resursları və Texnologiya şöbə rəsi ilə müsahibə
- Üçüncü mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul
Təminatlar:
- Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir;
Qeyd: Tələblərə uyğun gələn namizədlər CV-lərini ““Kiçik metod mühəndisi” başlığı altında Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.
Əlaqə nömrəsi: +994 12 377 44 44