Əmək funksiyası:
- Metal və qeyri-metal (MDF (ağac lifləri plitəsi), DSP (ağac yonqarı plitəsi) məmulatları kəsmək, əymək, formaya salmaq, tikmək, deşmək, oymaq, dəlmək, yiv açmaq üçün Rəqəmli Proqram İdarəetmə sistemlərini işə salmaq, istiqamətləndirmək və ya istismar etmək:
- Proqramı hazırlamaq, dəyişmək və ya ləğv etmək;
- Maşınların, materialların və məhsulların istismarı ilə bağlı yaranan problemləri həll etmək;
- Hissələrdə olan qüsurları və ya maşınlarda olan nasazlıqları aşkar etmək məqsədilə maşınların işləməsinə nəzarət etmək və ya müşahidələr aparmaq:
- İşin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Keyfiyyətə təminat tədbirlərini həyata keçirmək.
- Məmulatı əl ilə və ya qaldırıcı mexanizmlərdən istifadə etməklə valda, sıxıcı və ya bərkidici qurğuda, avtomatik yükləmə dəzgahında yerləşdirmək, nizamlamaq və prosesdə fasilə yaranmasına yol verməmək:
- Dəzgahlardakı uyğunlaşdırmaları və materiallara olan tələbləri müəyyən etmək məqsədilə işin texniki cizgilərini oxumaq:
- Verilmiş materiallar arasında seçim etmək və texniki cizgilərə uyğun onları emal etmək;
- Texniki cizgilərdə aşkar edilmiş nöqsanlar barədə rəhbərliyə məlumat vermək;
- Materiallardan səmərəli istifadə göstəricisini maksimum səviyyəyə çatdırmaq.
- Barmaqlıq (ştift), məftil qarmaq və ya qaldırıcı çubuqlardan istifadə etməklə, maşında ilişib qalmış hissələri çıxarmaq və ya kənarlaşdırmaq.
- Qüsurların aşkar edilməsi məqsədilə hissələri yoxlamaq və maşınların işləmə dəqiqliyini müəyyən etmək üçün ştangenpərgar, metrə, mikro-metr, kalibr-skoba, kalibr-probka, şablon, mexaniki və ya avtomat ölçmə alətlərindən istifadə etməklə qiymətləndirmə aparmaq.
- Əl alətlərindən istifadə etməklə frezer, kəsici mexanizmlər, bıçaqlar, qayka açarlar və fırçalar kimi yeyilən hissələrini dəyişdirmək və maşını sazlamaq.
- Maşının, ştampların və ya hissələrin yağlanması, təmizlənməsi və ya maşının çəninə soyuducu mayenin (yağ, su, soyuducu maye) tökülməsi kimi xırda texniki işləri yerinə yetirmək.
- Məhsulun keyfiyyət standartlarına uyğunluğuna operativ nəzarət işlərini yerinə yetirmək:
- Məhsulların standartlara cavab verməsi barədə rəy vermək.
- Emal mərhələlərində istehsal edilmiş məhsullar barədə müvafiq jurnallarda qeydlər aparmaq.
- Tabeçiliyində olan işçilər arasında iş bölgüsü aparır.
- Sahə rəisinin verdiyi göstəriş və tapşırıqları vaxtında və dəqiq yerinə yetirir:
- Ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi, həmçinin yanğınla mübarizə ilə bağlı qaydalara riayət etmək.
Bilməlidir:
- Sənaye maşınlarının ümumi mexaniki istismarı və məhsuldarlığı
- Elektronikanın və elektrikin əsasları
- CNC sistemi üçün kompüter proqramları (proqramlaşdırmanın əsasları)
- İstifadə edilən əsas xammalın xarakterik xüsusiyyətləri və imkanları
- Ölçmə alətlərinin və ya avtomat sistemlərinin istismarı
- Yazılı və şifahi Azərbaycan dili (ingilis, rus və ya türk dili)
- Ölçmə işləri üçün bəsit riyazi biliklər
- Təhlükəsizlik texnikası və əməyin mühafizəsi
- Fərdi gigiyena və təhlükəsizlik tədbirləri.
- CNC sistemlərini təmin etmək və ya standart proqramlaşdırma işləri həyata keçirilməsini;
- Xarici dildə olan təlimatları və göstəriciləri oxuya bilməli
İş qrafiki:
- Həftədə 6 gün / 6.5 saat: Növbəli iş qrafiki ( 1-ci növbə- 08:00-16:00, 2-ci növbə- 16:00-00:00, 3-cü növbə 00:00-08:00)
- İstirahət günü: Bazar günü
Namizədə tələblər:
- Peşə ixtisas təhsili və ya Ali
- İngilis dili bilməyi üstünlükdür.
- MS Office CAD,CAM,Fanuc,Mazatrol və,s
- Anoloji sahə üzrə ən azı 2 il iş təcrübəsi
Namizədlərin dəyərləndirilmə prosesi:
İstehsalat müdiri və İnsan resursları Şöbə rəisi ilə müsahibə
Təminatlar:
- Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir;
Qeyd: Tələblərə uyğun gələn namizədlər CV-lərini ““Operator (dəqiq emal)”” başlığı altında qeyd edərək elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.
Əlaqə nömrəsi: +994 12 377 44 44