Əsas vəzifə öhdəlikləri:
- Daxil olan sorğuların operativ cavablandırılması,
- Korporativ müştərilərlə görüşlər, yeni müştərilərin axtarışı və cəlb edilməsi, əlaqələrin qurulması və inkişaf etdirilməsi,
- Müştəri tələblərini müəyyənləşdirərək uyğun həllər təklif etmək,
- Analizlərin aparılması və bazar tendensiyalarının öyrənilməsi,
- Satış prosesləri ilə əlaqəli ezamiyyətlərə getmək,
- Müvafiq hesabatların və təkliflərin hazırlanması.
Seçim meyarları:
- İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il.
- Təhsili/ixtisası: Ali təhsil (Mühəndislik sahəsində olması üstünlükdü)
- Bacarıqlar: MS office (excell yüksək səviyyədə).
- Dil bilikləri: İngilis və Rus dili.
- Fərdi keyfiyyətlər: Danışıqlar aparmaq bacarığı, kollektiv və işçi heyəti ilə düzgün ünsiyyət, analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)
İş şərtləri:
- İş rejimi: 5 gün 09:00 – 18:00
- İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
- Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.
Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Satış üzrə mütəxəssis" başlığı altında elektron poçt ünvanına göndərmələri xahiş olunu