Azertexnolayn Azertexnolayn
  • 240

SƏTƏM Məsləhətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM Məsləhətçi

  • Deadline 21 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • İşçilərə işə başlamazdan əvvəl əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə gündəlik təlimatların keçirilməsinə nəzarət etmək, müvafiq sənədləri toplamaq və qeydiyyatını aparmaq;
  • Yeni işə qəbul olunan əməkdaşlara əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə ilkin təlimat keçmək və qeydiyyat jurnallarını aparmaq;
  • İstehsalat qəzaları zamanı zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsində və hadisələrin araşdırılmasında iştirak etmək;
  • Elektrik əl alətlərinin, yükqaldırma ləvazimatlarının, yanğınsöndürmə balonlarının və hidrantların texniki vəziyyətini yoxlamaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
  • İşçilərin fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadə etmələrinə və təhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarət etmək;
  • Təhlükəli ərazilərin xəbərdaredici nişanlarla işarələnməsini, təmir sahələrinin təhlükəsizlik lentləri ilə ayrılmasını və məlumatlandırıcı lövhələrin yerləşdirilməsini təmin etmək;
  • Əməyin mühafizəsi, istehsalat sanitariyası, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək;
  • İş yerlərində aşkar edilmiş təhlükəli vəziyyətləri və uyğunsuzluqları sənədləşdirmək, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini izləmək;
  • Təhlükəsizlik qaydalarını pozan əməkdaşlarla bağlı xəbərdarlıq formalarını tərtib etmək;
  • Müəssisədə təşkil olunan SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) yürüşlərində iştirak etmək;
  • Zavodu ziyarət edən qonaqlara təhlükəsizlik təlimatı vermək və onları zəruri fərdi mühafizə vasitələri ilə təmin etmək;
  • Görülmüş işlər və aşkar edilmiş uyğunsuzluqlar barədə hesabatlar hazırlamaq.

Namizədə tələblər

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi norma və qaydalarını bilmək;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində qanunvericiliyi barədə məlumatlı olmaq;
  • OHSAS 18001, ISO 14001 və digər müvafiq beynəlxalq standartlar haqqında biliklərə malik olmaq;
  • Müəssisədaxili intizam qaydalarını, prosedur və formaları bilmək;
  • Rus, türk və ingilis dillərini bilmək üstünlükdür;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.

İş şəraiti

  • İş qrafiki: 3 növbə
  • İş yeri: Azertexnolayn MMC, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 Sumqayıt Kimya Sənayə Parkı
  • Nahar və servis şirkət tərəfindən təmin olunur.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “SƏTƏM Məsləhətçi” başlığı ilə CV göndərə bilərlər.

  • Daily0
  • Weekly332
  • Monthly1753