Əmək funksiyası:
- İstehsalat sahəsindən gələn istehsal sənədlərindəki məlumatların qeydiyyatı və hesabatlarının hazırlanması.
- Hazırlanan hesabatlar haqda istehsalat mühəndisinə məlumatın ötürülməsi.
- İstehsalda istifadə olunacaq xammalın anbar sifarişlərinin aparılması və mal təminin edilməsi.
- İstehsal miqdarları haqda günlük,həftəlik,aylıq hesabatların hazırlanması və sistemə girilməsi.
- İstehsalatda isifadə olunan sərf materiallarının qeydiyyatının və hesabatının hazırlanması.
Bilməlidir:
- MS Office və Logo proqramlarını.
- Hesabatların hazırlanma şəkli.
- Üst və alt vahidlərlə qarşılıqlı əlaqədə olunması.
- Verilən tapşırıqları vaxtında yerinə yetirilməsi.
- Sənədlərin düzgün şəkildə arxivlənməsi və qorunması.
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
İş qrafiki:
- Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
- İstirahət günü: Şənbə və Bazar günü
Namizədə tələblər:
- Ali təhsil
- İngilis dili bilməyi üstünlükdür.
- MS Office və Logo proqramları.
- Anoloji sahə üzrə ən azı 1 il iş təcrübəsi
Namizədlərin dəyərləndirilmə prosesi:
- Birinci mərhələ- IQ test,
- İkinci mərhələ-İstehsalat müdiri və İnsan resursları Şöbə rəisi ilə müsahibə
- Üçüncü mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul
Təminatlar:
- Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir;
Qeyd: Tələblərə uyğun gələn namizədlər CV-lərini ““Uçotçu”” başlığı altında qeyd edərək elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.
Əlaqə nömrəsi: +994 12 377 44 44