AZFEN MMC Bayıl sahəsindəki layihə üçün qaynaq müfəttişi müsahibəyə dəvət edir.
Vəzifələr:
- Qaynaq, quraşdırma və emalat işlərini gündəlik olaraq monitor etmək, Qaynaq tikişlərinin qaynaq proseduru parametrlərinə və texniki şərtlərin tələblərinə uyğunluğunu yoxlamaq,
- Qaynaqçıların kvalifikasiyası üzrə qeydləri yoxlamaq və sahədə (iş yerlərində) qaynaqçılarnın identifikasiyasına nəzarət etmək, Emalat, quraşdırma, boru kəməri izometriyaları və montaj sxemləri barədə məlumatlı olmaq,
- Düzgün tipinin və ölçüsünün istifadə olunub və qeyd edildiyinin təmini üçün qaynaq ediləcək materialları yoxlamaq, Yuxarıda qeyd olunan işin icrası zamanı qaynaq ləvazimatlarının tipinin, vəziyyətinin monitorinqini keçirmək,
- Qaynaqaltı hazırlığı, konfiqurasiyanı, qaynaq tikişi kökündəki aralığı və profili yoxlamaq,
- Düzgün tipinin və ölçüsünün istifadə olunub və qeyd edildiyinin təmini üçün qaynaq ediləcək materialları yoxlamaq.
- Qaynaq işləri zamanı qaynaq parametrləri üzrə auditlər keçirərək amper, gərginlik, üsul, pozisiya, istifadə edilən elektrodlar, qaynaqçının kvalifikasiyası və prosedurlara riayət olunması ilə əlaqədar hesabat hazırlamaq,
- İşlərin Layihənin prosedurları, spesifikasiyaları və qeyd olunmuş standartlarına müvafiqliyinin yoxlanılması üçün qaynaq edilmiş komponentlər və konstruksiyalarda qaynaq tikişlərinin qaynaqdan sonra vizual yoxlanılmasını aparmaq və qeyri-dağıdıcı sınaqları tələb etmək, Qeyri–dağıdıcı (NDT) sınaqlardan alınan nəticələri izləmək, Layihə KİS blanklarından istifadə etməklə yoxlama nəticələrini qeyd etmək.
- Sertifikatlaşdırma Mühəndisini qaynaq tikişlərinin statusu ilə əlaqədar məlumatla təmin etmək, baş qaynaq müfəttişinə həftəlik və aylıq hesabatlar təqdim etmək.
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı təlimatların tələblərinə və uyğun prosedurlara əməl etmək;
Tələblər:
- Qaynaq müfəttişi vəzifəsinə müvafiq ali texniki təhsilli və uyğun vəzifələrdə azı 3 il stajı olan şəxslər təyin edilir.
- CSWIP 3.1 Qaynaq Mufetiishliyi Sertifikati mutleqdir.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "qaynaq müfəttişi" yazmaqla [email protected] və [email protected] elektron poçt ünvanına göndərə bilərlər.