AZFEN MMC Bayıl sahəsindəki layihə üçün klinika həkimlərini müsahibəyə dəvət edir.
Vəzifə öhdəlikləri:
- Sahədə çalışan işçilər, podratçılar və ziyarətçiləri dərhal tibbi yardım, qiymətləndirmə, stabilləşdirmə və müalicə ilə təmin etmək.
- Ürək-Ağciyər Canlandırma (CPR), Tənəffüs Yolu Dəstəyi idarəsi, qanaxmanın dayandırılması və şokun idarə edilməsi daxil olmaqla can qurtaran prosedurları həyata keçirmək.
- Travma, kardiak, tənəffüs, allergik, istidən yaranan və toksik maddələrə məruz qalma halları üzrə təcili tibbi vəziyyətləri idarə etmək.
- Hadisələr və ya çoxsaylı xəsarət halları zamanı tibbi triaj aparmaq.
- Tibbi təxliyə (MEDEVAC) zərurətini müəyyən etmək.
- Təcili yardım xidmətləri, xəstəxanalar və fövqəladə vəziyyət komandaları ilə əlaqələndirmək.
- Zərurət olduqda xəstələri təxliyəyə hazırlamaq və müşayiət etmək.
- İşlə bağlı xəsarət və xəstəlikləri qiymətləndirmək və idarə etmək.
- İşçilərin işə qayıtma və iş qabiliyyəti ilə bağlı qərarlara dəstək olmaq.
- Təcili vəziyyət məşqləri və simulyasiyalarda iştirak etmək.
- Şirkət tərəfindən tələb olunan fərdi tibbi müayinələri və sağlamlıq yoxlamalarını təmin etmək.
- Müayinələr, ilk yardım və tibbi müalicə ilə bağlı qeydiyyat aparmaq və hesabat prosedurlarına uyğun saxlamaq.
- Narkotik və spirt testi (“Substance Abuse” proseduru çərçivəsində) həyata keçirmək.
- İnfeksiya profilaktikası və nəzarətini təmin etmək.
- Dövlət sağlamlıq qaydalarına və şirkət standartlarına riayət etmək.
- Tibbi məxfilik və peşə etikası prinsiplərinə əməl etmək.
- Tibbi lisenziya və sahədə fəaliyyət icazəsi çərçivəsində çalışmaq.
Tələblər:
- Ali tibbi təhsil
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tibbi fəaliyyət göstərmək üçün lisenziyaya malik olmalıdır.
- Əsas iş yeri Azfen MMC olması nəzərdə tutulur.
Peşəkar tələblərə cavab vermək üçün təlim keçmiş və sertifikatlaşdırılmış olmalıdır:
- Təcili Tibbi Yardım üzrə Həyat Dəstəyi (PHTLS/BLS) və ya Təcili Tibbi Yardımda Travma Həyat Dəstəyi (ITLS) bacarıqları üzrə sertifikat
- Ürək-Damar Həyat Dəstəyi (ACLS) üzrə sertifikat
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Sahə klinika həkimi" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.