Ümumi Tələblər:
- Mülki, Mexaniki və ya Tikinti mühəndisliyi üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür)
- Sənaye tikinti layihələrində minimum 10+ il iş təcrübəsi, o cümlədən azı 3 il rəhbər vəzifədə
- Multidissiplinar tikinti fəaliyyətlərinə (sivil, mexaniki, borulama, elektrik və s.) rəhbərlik üzrə sübut olunmuş təcrübə
- Tikinti planlaşdırması, icrası və layihə dövrünün idarə olunması sahəsində güclü biliklər
- Beynəlxalq tikinti normaları, təhlükəsizlik qaydaları və sənaye standartları ilə tanışlıq
- Tikinti çertyojları, metod bəyanatları və texniki sənədlərin oxunması və təhlili bacarığı
- Sahədə sağlamlıq, təhlükəsizlik və ətraf mühit (HSE) prosedurlarının tətbiqi üzrə bilik və təcrübə
- Subpodratçılar, sahə komandaları və resursların idarə olunması sahəsində təcrübə
- Çətin vəziyyətlərdə texniki qərarvermə və problem həll etmə bacarığı
- Mühəndislik, satınalma, keyfiyyətə nəzarət və müştəri nümayəndələri ilə koordinasiya və ünsiyyət bacarığı
- Microsoft Office proqramları, layihə idarəetmə proqramları (Primavera P6, MS Project və s.) və hesabat sistemlərində bacarıqlı
- İngilis dilində sərbəst danışıq və yazı bacarığı (digər dilləri bilmək üstünlükdür)
İşin Təsviri:
- Tikinti Menecerinə dəstək göstərərək istehsalat fəaliyyətlərini əlaqələndirmək və layihə cədvəlləri və spesifikasiyaları ilə uyğunluğu təmin etmək.
- Tikinti fəaliyyətləri üçün layihənin planlaşdırılması və cədvəllərinin müəyyən edilməsində iştirak etmək.
- Layihənin əhatə dairəsi çərçivəsində bütün tikinti fəaliyyətlərinin icrasını idarə etmək, planlaşdırılmış vaxt və büdcəyə uyğunluğa nəzarət etmək.
- Sahədə istehsalat proseslərinə və təhlükəsizlik sistemlərinə nəzarət etmək, keyfiyyətin və standartlara uyğunluğun təmin olunmasına diqqət yetirmək.
- Emalatxana komandaları ilə tikinti sahəsi arasında koordinasiyanı təmin edərək istehsalat mərhələlərinin vaxtında yerinə yetirilməsini təmin etmək.
- Qəzalardan yayınmaq və təhlükəsiz iş mühitini qorumaq üçün istehsalat zamanı ciddi təhlükəsizlik qaydalarının tətbiqinə nəzarət etmək.
- Layihə menecerlərinə irəliləyişlər, texniki yeniliklər və mövcud məsələlərlə bağlı məlumat vermək.
- İstehsalat fəaliyyətlərini quraşdırma cədvəlləri ilə planlaşdırmaq və uyğunlaşdırmaq.
- Tikinti strategiyalarının yetərliliyi və uyğunluğunu yoxlamaqla müxtəlif ixtisaslar arasında effektiv əməkdaşlığı təmin etmək.
- Fəaliyyət ardıcıllığını optimallaşdırmaq məqsədilə ixtisaslararası uyğunsuzluqları aradan qaldırmaq üçün zəruri texniki qərarlar qəbul etmək.
- Layihənin cədvəli və tələblərinə uyğun olaraq resursların səfərbərliyini və demobilizasiyasını əlaqələndirmək.
- İrəliləyiş, məhsuldarlıq və qeyri-məhsuldar nisbətləri layihə proqnozları ilə müqayisə etmək üçün planlaşdırma mühəndisi ilə əməkdaşlıqda işləmək.
- Mexaniki tamamlanma da daxil olmaqla, tikinti mərhələlərinin uğurla tamamlanmasını təmin etmək.
Əlaqə:
Maraqlanan namizədlər cv-lərini [email protected] və ya [email protected] ünvanlarına göndərə bilərlər.