A Azforel LLC
  • 658

Satış Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış Meneceri

  • Deadline 27 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə və öhdəliklər:

  • Şirkətin satış plan və hədəflərinə uyğun olaraq məhsul dövriyyəsinin və aktiv müştəri bazasının artırılması;
  • Potensial və mövcud müştərilərin tələblərini analiz etmək, məhsullar haqqında ətraflı və texniki cəhətdən düzgün məlumat təqdim etmək;
  • Təyin olunmuş rut üzrə müştəri ziyarətlərini müntəzəm və planlı şəkildə həyata keçirmək;
  • Müştərilərə lazım olan materiallar – soyuducu, stend, POS materialları və digər promo inventarları təmin etmək və izləmək;
  • A və B kateqoriyalı müştərilər üzrə fərdi satış strategiyaları hazırlamaq və təqdim etmək;
  • Qiymət siyasətinin tətbiqi, satış dinamikasının analizi və satış sənədlərinin düzgünlüyünə nəzarət etmək;
  • Həftəlik və aylıq hesabatlar hazırlamaq, satış göstəricilərini rəhbərliyə təqdim etmək;
  • Debitor borcları izləmək, yığım prosesini effektiv şəkildə həyata keçirmək;
  • Rəqib şirkətlərin məhsulları, qiymətləri və satış strategiyalarını müşahidə edərək, bazar üzrə analiz təqdim etmək;
  • Korporativ üsluba uyğun işgüzar yazışmalar və zənglər aparmaq, CRM sistemində məlumatları vaxtında yeniləmək.

Namizədə olan tələblər:

  • Ali təhsil (biznes, marketinq, menecment və ya əlaqəli sahələr üzrə);
  • Qida sektoru və satış sahəsində ən azı 5 il iş təcrübəsi (restoran, hotel, distribyutor kanalı üzrə təcrübə üstünlükdür);
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (rus və ingilis dillərini bilmək arzuolunandır);
  • Bakı şəhərinin inzibati bölgələrini, məntəqələrini və müştəri potensialını yaxşı tanımaq;
  • Yüksək idarəetmə bacarığı və şəxsi satış təcrübəsi;
  • Komanda idarəetməsi, motivasiya və liderlik bacarığı;
  • Strateji düşüncə, analitik yanaşma və nəticəyə fokuslu iş tərzi;
  • Öz şəxsi avtomobili ilə işləməyə hazır olmaq.

Təklif edirik:

  • 6 günlük iş rejimi
  • Əmək haqqı 1000 Azn + satışa bağlı faiz
  • Şirkət cari yanacaq və cari təmir xərclərini qarşılayır
  • Ünvan: Bakı şəhəri

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly1102