Vəzifə öhdəlikləri
- Hazır malların anbardan yoxlanaraq təhvil alınması
- Çap və ya istehsal olunmuş məhsulların mətbəədən təhvil alınması
- Hazır məhsulların müştərinin ünvanına çatdırılması və yerində sayılaraq təhvil verilməsi
- Qəbul və təhvil zamanı sənədləşmə qaydasının pozulmaması
- Müştəri tərəfindən göndəriləcək məhsulların anbar, ofis və ya mətbəəyə gətirilməsi
- Hər bir prosses zamanı təhvil təslim sənədlərinin imzalanmasını təmin etmək (həm təhvil alan, həm təhvil verən tərəfdən)
Tələblər
- Namizədin öz avtomobili əsas şərtdir və yük maşını olması mütləqdir.
- Yük maşını olması mütləqdir
- Fiziki uyğunluq (sağlamlıq haqqında arayış tələb olunur)
- Yüksək səviyyədə punktuallıq
- Səliqəli xidmət göstərmək
- Səliqəli xarici görkəm və nəqliyyat vasitəsinin təmiz/səliqəli olması
- Müştəri məmnuniyyətinin önəminin qəbul olunması
- Müştəri ilə təmkinli davranış qabiliyyəti
- Namizəd Bakı şəhərini tanımalıdır
İş şəraiti:
- Əmək haqqı 800-1200 AZN
- Yanacaq xərcləri şirkət tərəfindən qarşılanır
- Nahar və cərimələr şirkət tərəfindən qarşılanmır
- İş yeri: Bakı ş. ərazisi
- İş vaxtı I - V günlər, 9.00 – 18.00
- YPX və digər dövlət qurumlarının cərimələri şirkət tərəfindən ödənilmir
- Yanacaq, motor yağı şirkət tərəfindən qarşılanır (normativə uyğun)
Ünvanlar
- Ofis ünvanı – Lermontov küçəsi 3, Nazirlər Kabinetinin qarşısı (Dağüstü Park girişi ilə Nazirlər Kabineti Parkı arasında yerləşən ərazi)
- Anbar - Ulduz m. stansiyasının çıxışında
- Mətbəə - Gənclik m. stansiyası yaxınlığında
- Sifarişçilər Bakı şəhəri ərazisində yerləşir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd (Mövzu) yerində yazın: Sürücü avtomobil ilə - CV