Azinko Development Azinko Development
  • 224

Azinko Development

Tikinti , Bina tikintisi

Yanğın təhlükəsizliyi üzrə inspektor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yanğın təhlükəsizliyi üzrə inspektor

  • Deadline 28 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur: SƏTƏMM şöbə

İşəgötürən: “Azinko Development” MMC

Ünvan: Bakı şəhəri, Flame Towers

Tələblər:

  • Ali təhsil;
  • Minimum 5 il bu sahədə iş təcrübəsi;
  • Yanğın təhlükəsizliyi sistemləri ilə avtomatika arasında inteqrasiyalı iş prinsiplərini bilmək;
  • Komanda ilə işləmə və müstəqil qərarvermə bacarığı;
  • Məsuliyyətli, dəqiq və operativ yanaşma.

Vəzifə öhdəlikləri:

  • Yanğına qarşı profilaktika işlərinin aparılması, yanğın texniki avadanlıqların texniki vəziyyətinə nəzarət, yanğınsöndürmə avadanlıqlarının mühafizəsi və baxımı;
  • Yanğın müşahidə və müdaxilə qrupunda vəzifənin icrası, təcili vəziyyət təlimləri və tətbiqatlarında iştirak, tələb edildiyi halda yanğından mühafizə təliminin keçirilməsi, yanğından mühafizə ilə əlaqədar qeydlərin aparılması;
  • Yanğın hadisəsi baş verərsə, yanğın briqadası gələnə kimi ilkin müdaxilənin edilməsi;
  • Müdirlər tərəfindən verilən iş ilə bağlı digər məsələlərin həll edilməsi.

Vəzifə üzrə əmək haqqı və təminatlar:

  • Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təklif edilir;
  • Şirkət tərəfindən qidalanma ilə təmin edilir;
  • Şirkət daxili nəzərdə tutulan digər təminatlar;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları.

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Yanğın təhlükəsizliyi üzrə inspektor” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily3
  • Weekly434
  • Monthly2701