Vəzifə öhdəlikləri:
- iOS tətbiqlərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi;
- Daxili və xarici istifadə üçün iOS SDK və framework-lərinin hazırlanması;
- SDK-lar üçün sadə, stabil, istifadəsi rahat və yaxşı sənədləşdirilmiş public API-lərin dizayn edilməsi;
- Tətbiqlərdə və SDK-larda məlumat təhlükəsizliyinin və şifrələmənin təmin edilməsi;
- Biznes analitika (BA), dizayn, backend, DevOps, informasiya təhlükəsizliyi (InfoSec) və QA komandaları ilə əməkdaşlıq edərək yeni funksionallıqların hazırlanması;
- Mövcud kodun keyfiyyətinin, performansının və stabilliyinin artırılması;
- Code Review proseslərində və texniki qərarların qəbulunda iştirak.
Tələb olunan bilik və bacarıqlar:
- iOS development sahəsində 1–4 il kommersiya təcrübəsi;
- Swift proqramlaşdırma dilini yaxşı bilmək;
- Həm UIKit, həm də SwiftUI ilə praktiki işləmə təcrübəsi;
- Müasir concurrency yanaşmaları üzrə bilik: async/await, Task, Actor, Structured Concurrency;
- Klassik multithreading yanaşmaları üzrə bilik: GCD, OperationQueue, Thread və lock mexanizmləri;
- Race condition və deadlock kimi çoxaxınlı proqramlaşdırma problemlərini anlamaq və həll edə bilmək;
- SDK və ya təkrar istifadə olunan (reusable) framework-lərin hazırlanması üzrə təcrübə;
- Mobil tətbiq təhlükəsizliyinin əsaslarını bilmək, o cümlədən Keychain, həssas məlumatların təhlükəsiz saxlanılması və SSL Pinning;
- Şifrələmə və hash alqoritmləri üzrə biliklər: AES, RSA, SHA və CryptoKit və ya CommonCrypto ilə işləmə təcrübəsi;
- MVVM, Clean Architecture kimi arxitektura yanaşmaları üzrə bilik;
- RESTful API və JSON ilə işləmə bacarığı;
- Yaddaşın idarə olunması (ARC, retain cycle) prinsiplərini anlamaq;
- Unit testlərin yazılması üzrə təcrübə (XCTest və ya Swift Testing);
- Git ilə işləmə bacarığı;
- SOLID prinsiplərini bilmək və oxunaqlı, təmiz kod yazmaq bacarığı.
Üstünlük hesab olunur
- XCFramework hazırlanması və SDK-ların Swift Package Manager vasitəsilə yayımlanması üzrə təcrübə;
- SDK-larda versiyalama və geriyə uyğunluğun (backward compatibility) təmin edilməsi üzrə təcrübə;
- OWASP Mobile Top 10 və tətbiqlərin reverse engineering-dən qorunması üsulları üzrə bilik;
- Jailbreak aşkarlanması və kod obfuskasiyası ilə iş təcrübəsi;
- Combine ilə işləmə təcrübəsi;
- UI testlərin yazılması (XCUITest) üzrə təcrübə;
- CI/CD alətləri (Fastlane, GitHub Actions və s.) ilə iş təcrübəsi;
- Instruments vasitəsilə performans analizinin aparılması üzrə təcrübə;
- Texniki sənədləri oxumaq üçün ingilis dili biliyi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.