Komplayns üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komplayns üzrə aparıcı mütəxəssis

  • Deadline 29 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Departament: Keyfiyyət Təminatı/Komplayns və risklərin idarə olunması şöbəsi

Vəzifə öhdəlikləri:

  • Metodoloji sənədlərin, prosedurların hazırlanması və təkmilləşdirilməsini həyata keçirmək;
  • Cəmiyyət üzrə aparılan fəaliyyətin təsdiqlənmiş proses sənədlərinə uyğun şəkildə aparılmasını yoxlamaq və monitorinq hesabatlarını hazırlamaq;
  • Prosedurların tətbiqinə nəzarət etmək və yoxlamalar aparmaq;
  • Müvafiq beynəlxalq standartların tələblərinə uyğunluğun təmin olunmasını və auditinin aparılmasını təşkil etmək və dəstəkləmək;
  • Proseslərin icrası zamanı rastlaşılan risklər barəsində Risk reyestrinə qeydiyyatların aparılmasını təmin etmək;
  • Müştəri məmnuniyyətini ölçmək və müştəri şikayətlərinin səbəbini araşdırmaq və monitorinq hesabatlarını hazırlamaq;
  • ISO/IEC 27001:2013, ISO/IEC 20000-1:2018, ISO:22301:2019, PCI-DSS standartlarının tətbiqi və auditi üzrə müvafiq fəaliyyətlərin icrası;
  • Proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək;
  • Departamentin təmsil edildiyi komitələr üçün müvafiq sənəd və materialların hazırlanmasında iştirak etmək;
  • Departament üzrə digər aidiyyəti hesabatları hazırlamaq;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək.

Tələb olunun biliklər:

  • Ali təhsil təhsil (İnformasiya texnologiyaları, iqtisadiyyat və ya biznes idarə edilməsi sahəsi üzrə);
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • Azərbaycan dili - səlis, ingilis – yaxşı; rus dili – orta
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarığı;
  • Konfidensial və həssas məlumatlarla işləmək bacarığı;
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Danışıqlar aparmaq, münaqişələri həll etmək və idarə etmək bacarığı;
  • Analiz bacarığı, risk qiymətləndirilməsi bacarığı.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, e-mail ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly14
  • Monthly2