Komplayns və risklərin idarə edilməsi şöbə müdiri

  • Истекает 13 июнь 2026

Departament: Keyfiyyətə nəzarət departamenti, Komplayns və risklərin idarə edilməsi şöbəsi

Vəzifə öhdəlikləri:

  • Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə olunması funksiyasının qurulması və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması prosesində iştirak etmək;
  • Risklərin idarə olunması üzrə siyasət, prosedur və qaydaların beynəlxalq standartlara və təcrübəyə uyğunluğunun qiymətləndirilməsi və tövsiyələr vermək;
  • Risklərinin idarə edilməsi üzrə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində şirkət daxili maarifləndirici tədbirlər həyata keçirmək;
  • Daxili nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirmək;
  • Aidiyyəti struktur bölmələri ilə koordinasiyalı şəkildə risk analizləri aparmaq;
  • Komplayns sahəsi üzrə ehtiyac duyulan siyasət və prosedurların hazırlanması və ya hazırlanmasına dəstək göstərmək;
  • Uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq və icrasını izləmək;
  • Komplayns üzrə İllik Fəaliyyət Planının monitorinqini həyata keçirmək;
  • Şöbədaxili iş bölgüsünün aparılması, şöbə işçilərinin vəzifələrinin vaxtında və düzgün icrasına nəzarət etmək;
  • Şöbə qarşısında qoyulmuş vəzifə və funksiyaların yerinə yetirilməsi üçün səlahiyyəti daxilində digər tədbirlərin görülməsi və göstərişlər vermək;
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunmasını təmin etmək;
  • Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və tətbiqi ilə bağlı təkliflər vermək;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək.

​​​​​​​Tələb olunan biliklər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibat uçotu, idarəetmə və ya hüquq sahəsi üzrə);
  • Komplayns, daxili nəzarət və ya risklərin idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi arzuolunandır;
  • Korporativ idarəetmə, risklərin idarə olunması və komplayns sahəsində bilik və bacarıqlar;
  • Siyasət, qayda və prosedurların yazılması üzrə bilik və bacarıqlar;
  • Risklərin idarə olunması, komplayns, audit və digər müvafiq sahələr üzrə sertifikasiyaların olması üstünlükdür (CRMA, CIA, CFE, ACCA və s.);
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmə bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dili - səlis, ingilis – yaxşı; rus dili – arzuolunan.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily118
  • Weekly300
  • Monthly1106