Məhsul meneceri

  • Истекает 4 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Məhsul üzrə müntəzəm daxili və xarici bazar araşdırması etmək, potensial rəqiblərin analizini həyata keçirmək;
  • Bazar tələbatını və müştəri istəklərini təhlil etmək və onun əsasında tələblər siyahısı formalaşdırmaq, backlogu formalaşdırmaq və müntəzəm olaraq yeniləmək;
  • Bazar tələbatı üzrə prioritetləri müəyyən etmək;
  • Biznes üzrə müştərilərin biznes proseslərinin təhlili və məhsulun müştərilərin məhsul və xidmətlərində tətbiq edilmə üsullarını hazırlamaq;
  • Biznes prosesləri təhlil etmək və figma, draw.io kimi tool-lardan istifadə edərək təsvir etmək;
  • Backlogda toplanan tapşırıqları komanda üzvlərinə, proqramçılara (developerlərə) ətraflı şəkildə izah etmək;
  • Scrum metodologiyasını tətbiq etmək;
  • Bazarda baş verən dəyişikliklərə sürətli reaksiya vermək;
  • Məhsulun inkişaf yol xəritəsini hazırlamaq;
  • Məhsul üzrə uzunmüddətli vizyon formalaşdırmaq;
  • Release və sprint planlamasının edilməsi;
  • Qiymət strategiyasını müəyyən etmək;
  • Stakeholder-lar arasında görüşlərin təşkil edilməsi;
  • Vendor seçimini edərək əməkdaşlıq etmək;
  • Böhran vəziyyətində (məhsulun dayanması, işləməməsi və s.) prosesləri idarə etmək;
  • Məhsul üzərində müntəzəm olaraq testlər aparmaq, seçilmiş hədəf auditoriyalar üzərində testlər aparmaq və test nəticələrini dəyərləndirmək;
  • Məhsulun hazırlanmasında iştirak edən bütün komanda üzvləri arasında şəffaf, düzgün kommunikasiyanı təmin etmək.

Tələb olunan biliklər:

  • Ali təhsil (Biznes menecment, Marketinq, Kompüter mühəndisliyi, İT və ya əlaqəli sahələr üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Məqsədləri təyin etmək və prioritetləşdirmək bacarığı ilə liderlik bacarıqları;
  • Analitika bacarığı;
  • Q&A bacarığı;
  • Kommunikasiya bacarığı;
  • Effektiv vaxt idarə etmə bacarığı.
  • Texniki bacarıqlar;
  • Komputer bilikləri: MS Office, Figma, Draw.io;
  • Azərbaycan dili - səlis, ingilis – əla; rus dili – arzuolunan.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly2299