Middle Android Developer

  • Deadline 2 May 2026

Departament: Rəqəmsal Həllər/ Proqramlaşdırma şöbəsi/ Mobil həllər bölməsi

Vəzifə öhdəlikləri:

  • Kotlin proqramlaşdırma dili istifadə edərək Android tətbiqlərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi;
  • Jetpack Compose və XML Layout (View System) əsasında istifadəçi interfeyslərinin hazırlanması, mövcud ekranların optimallaşdırılması və UI problemlərinin aradan qaldırılması;
  • Kotlin Coroutines və Flow istifadə edərək asinxron və reaktiv proseslərin düzgün idarə olunması;
  • Texniki tapşırıqlara (Jira ticket-lərə) uyğun olaraq funksionallıqların vaxtında və keyfiyyətli şəkildə icrası;
  • Mövcud kod bazasında refaktorinq aparılması, performans və oxunaqlılığın artırılması;
  • Kod standartlarına və daxili qaydalara ciddi şəkildə riayət edilməsi;
  • Unit testlərin yazılması və mövcud testlərin saxlanılması, kodun testlərlə əhatə olunmasına töhfə verilməsi;
  • GitLab üzərindən branch-lərlə işləmək, merge request-lərin yaradılması və code review proseslərində iştirak;
  • Komanda üzvlərinin yazdığı kodların review edilməsi, konstruktiv rəy verilməsi və texniki müzakirələrdə iştirak;
  • Backend və QA komandaları ilə əməkdaşlıq edərək inteqrasiya və test proseslərinin koordinasiyası;
  • Sprint planlamaları, daily meeting-lər və retrospektivlərdə aktiv iştirak;
  • Texniki problemlərin analizi və həll yollarının təklif edilməsi;
  • Tətbiqin stabil işləməsinin təmin olunması və yaranan bug-ların operativ şəkildə aradan qaldırılması;

Tələb olunan bilik və bacarıqlar:

Hard bacarıqlar

  • Kotlin proqramlaşdırma dili üzrə praktik təcrübə;
  • Android SDK və Android Jetpack komponentləri ilə iş təcrübəsi;
  • Jetpack Compose və XML Layout (View System) ilə UI inkişafı;
  • Kotlin Coroutines və Flow ilə asinxron proqramlaşdırma;
  • MVVM və ya Clean Architecture ilə işləmə təcrübəsi;
  • REST API inteqrasiyası və JSON parsing;
  • Unit test və UI test yazma təcrübəsi;
  • Git ilə versiya idarəetməsi (GitLab üstünlükdür);
  • Kod keyfiyyəti və performans optimizasiyasına diqqət;
  • Təhsil – Ali;

Dil bilikləri:

  • Azərbaycan dili - səlis
  • İngilis dili – yaxşı.

Soft bacarıqlar

  • Backend, QA və dizayn komandası ilə effektiv əməkdaşlıq, texniki mövzuları aydın şəkildə izah etmə bacarığı;
  • Üzərinə götürdüyü task-ların sonuna qədər icrası və problemlərə həll yönümlü yanaşma;
  • Həm başqalarının koduna rəy vermək, həm də öz kodu üçün konstruktiv feedback qəbul etmək bacarığı;
  • Sprint çərçivəsində prioritetlərin düzgün müəyyən edilməsi və deadline-lara riayət;
  • Android ekosistemindəki yeni texnologiyaları izləmək və bilikləri davamlı inkişaf etdirmək;

Üstünlük sayılan bacarıqlar (Nice to have)

  • CI/CD prosesləri ilə tanışlıq (GitLab CI üstünlükdür);
  • App Store / Google Play release proseslərində iştirak;
  • Dependency Injection (Hilt / Dagger);
  • Room, DataStore və ya digər local storage texnologiyaları;
  • Minimum 1 il Android üzrə full-time iş təcrübəsi (2+ arzuolunandır).

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly537
  • Monthly362