Departament: Rəqəmsal Həllər/ Proqramlaşdırma şöbəsi/ Mobil həllər bölməsi
Vəzifə öhdəlikləri:
- Kotlin proqramlaşdırma dili istifadə edərək Android tətbiqlərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi;
- Jetpack Compose və XML Layout (View System) əsasında istifadəçi interfeyslərinin hazırlanması, mövcud ekranların optimallaşdırılması və UI problemlərinin aradan qaldırılması;
- Kotlin Coroutines və Flow istifadə edərək asinxron və reaktiv proseslərin düzgün idarə olunması;
- Texniki tapşırıqlara (Jira ticket-lərə) uyğun olaraq funksionallıqların vaxtında və keyfiyyətli şəkildə icrası;
- Mövcud kod bazasında refaktorinq aparılması, performans və oxunaqlılığın artırılması;
- Kod standartlarına və daxili qaydalara ciddi şəkildə riayət edilməsi;
- Unit testlərin yazılması və mövcud testlərin saxlanılması, kodun testlərlə əhatə olunmasına töhfə verilməsi;
- GitLab üzərindən branch-lərlə işləmək, merge request-lərin yaradılması və code review proseslərində iştirak;
- Komanda üzvlərinin yazdığı kodların review edilməsi, konstruktiv rəy verilməsi və texniki müzakirələrdə iştirak;
- Backend və QA komandaları ilə əməkdaşlıq edərək inteqrasiya və test proseslərinin koordinasiyası;
- Sprint planlamaları, daily meeting-lər və retrospektivlərdə aktiv iştirak;
- Texniki problemlərin analizi və həll yollarının təklif edilməsi;
- Tətbiqin stabil işləməsinin təmin olunması və yaranan bug-ların operativ şəkildə aradan qaldırılması;
Tələb olunan bilik və bacarıqlar:
Hard bacarıqlar
- Kotlin proqramlaşdırma dili üzrə praktik təcrübə;
- Android SDK və Android Jetpack komponentləri ilə iş təcrübəsi;
- Jetpack Compose və XML Layout (View System) ilə UI inkişafı;
- Kotlin Coroutines və Flow ilə asinxron proqramlaşdırma;
- MVVM və ya Clean Architecture ilə işləmə təcrübəsi;
- REST API inteqrasiyası və JSON parsing;
- Unit test və UI test yazma təcrübəsi;
- Git ilə versiya idarəetməsi (GitLab üstünlükdür);
- Kod keyfiyyəti və performans optimizasiyasına diqqət;
- Təhsil – Ali;
Dil bilikləri:
- Azərbaycan dili - səlis
- İngilis dili – yaxşı.
Soft bacarıqlar
- Backend, QA və dizayn komandası ilə effektiv əməkdaşlıq, texniki mövzuları aydın şəkildə izah etmə bacarığı;
- Üzərinə götürdüyü task-ların sonuna qədər icrası və problemlərə həll yönümlü yanaşma;
- Həm başqalarının koduna rəy vermək, həm də öz kodu üçün konstruktiv feedback qəbul etmək bacarığı;
- Sprint çərçivəsində prioritetlərin düzgün müəyyən edilməsi və deadline-lara riayət;
- Android ekosistemindəki yeni texnologiyaları izləmək və bilikləri davamlı inkişaf etdirmək;
Üstünlük sayılan bacarıqlar (Nice to have)
- CI/CD prosesləri ilə tanışlıq (GitLab CI üstünlükdür);
- App Store / Google Play release proseslərində iştirak;
- Dependency Injection (Hilt / Dagger);
- Room, DataStore və ya digər local storage texnologiyaları;
- Minimum 1 il Android üzrə full-time iş təcrübəsi (2+ arzuolunandır).
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.