Middle iOS Developer

  • Deadline 2 Mart 2026

Departament: Rəqəmsal Həllər/ Proqramlaşdırma şöbəsi/ Mobil həllər bölməsi

Vəzifə öhdəlikləri:

  • Swift proqramlaşdırma dili istifadə edərək iOS tətbiqlərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi;
  • SwiftUI və UIKit əsasında istifadəçi interfeyslərinin hazırlanması, mövcud ekranların optimallaşdırılması və UI problemlərinin aradan qaldırılması;  
  • Combine və Swift Concurrency istifadə edərək asinxron və reaktiv proseslərin düzgün idarə olunması;  
  • Texniki tapşırıqlara (Jira ticket-lərinə) uyğun olaraq funksionallıqların vaxtında və keyfiyyətli şəkildə icrası ;
  • Mövcud kod bazasında refaktorinq aparılması, performans və oxunaqlılığın artırılması ;
  • Kod standartlarına və daxili qaydalara ciddi şəkildə riayət edilməsi ;
  • Unit testlərin yazılması və mövcud testlərin saxlanılması, kodun testlərlə əhatə olunmasına töhfə verilməsi ;
  • GitLab üzərindən branch-lərlə işləmək, merge request-lərin yaradılması və code review proseslərində iştirak ;
  • Komanda üzvlərinin yazdığı kodların review edilməsi, konstruktiv rəy verilməsi və texniki müzakirələrdə iştirak ;
  • Backend və QA komandaları ilə əməkdaşlıq edərək inteqrasiya və test proseslərinin koordinasiyası ;
  • Sprint planlamaları, daily meeting-lər və retrospektivlərdə aktiv iştirak ;
  • Texniki problemlərin analizi və həll yollarının təklif edilməsi ;
  • Tətbiqin stabil işləməsinin təmin olunması və yaranan bug-ların operativ şəkildə aradan qaldırılması ;
  • Texniki sənədlərin oxunması və lazım gəldikdə daxili texniki dokumentasiyanın hazırlanması;

Tələb olunan bilik və bacarıqlar:

Hard bacarıqlar 

  • SwiftUI və UIKit istifadə edərək iOS tətbiqlərinin hazırlanması bilikləri; 
  • Swift proqramlaşdırma dili üzrə praktik təcrübə;
  • Combine framework ilə reaktiv proqramlaşdırma təcrübəsi;
  • Swift Concurrency (async/await, Task, Actors) üzrə biliklər;
  • Test yazma və test yönümlü inkişaf (TDD anlayışı üstünlükdür) ;
  • Kod keyfiyyətinə və performansa diqqət;

Soft bacarıqlar

  • Komanda daxili ünsiyyət; 
  • Backend, QA və dizayn komandası ilə effektiv əməkdaşlıq, texniki mövzuları aydın şəkildə izah etmə bacarığı;
  • Məsuliyyət və Ownership - Üzərinə götürdüyü task-ların sonuna qədər icrası, yaranan problemlərə həll yönümlü yanaşma;
  • Code Review mədəniyyəti - Həm başqalarının koduna rəy vermək, həm də öz kodu üçün konstruktiv feedback qəbul etmək bacarığı;
  • Zamanın idarə olunması - Sprint çərçivəsində prioritetlərin düzgün müəyyən edilməsi və deadline-lara riayət;
  • Öyrənməyə açıqlıq - Yeni texnologiyaları və iOS ekosistemindəki yenilikləri izləmək, biliklərini davamlı inkişaf etdirmək istəyi;
  • Minimum 1 il iOS üzrə full-time iş təcrübəsi. (2+ arzuolunandır);
  • Təhsil – Ali;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı.

Üstünlük veriləcək bacarıqlar:

  • MVVM və ya digər arxitekturalarla iş təcrübəsi
  • CI/CD prosesləri ilə tanışlıq (GitLab CI üstünlükdür)
  • App Store-a tətbiq yükləmə və release proseslərində iştirak 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly687