Departament: Keyfiyyət Təminatı/Komplayns və risklərin idarə olunması şöbəsi
Vəzifə öhdəlikləri:
- Korporativ risklərin idarə olunması üzrə siyasət, prosedur və metodoloji sənədlərin hazırlanması və inkişafında əsas rol almaq;
- Maliyyə, İnsan Resursları və digər əsas departamentlər üzrə daxili nəzarət və uyğunluq prosedurlarının effektiv işləməsini təmin etmək;
- Hüquqi və tənzimləyici tələblərə uyğunluq risklərini qabaqcadan müəyyənləşdirmək və onların qarşısını almaq;
- Siyasət və prosedurların müntəzəm olaraq yenilənməsini təmin etmək;
- Risk idarəetmə proseslərinin effektivliyini mütəmadi olaraq qiymətləndirmək;
- Mövcud proseslərin risk prizmasından təhlil olunması və optimallaşdırılması üzrə təkliflər vermək;
- Risklərin təsir və ehtimallarını dərin analiz etmək, müvafiq risk xəritələri və reyestrlərini hazırlamaq;
- Risklərin idarə olunması üzrə beynəlxalq standartlara uyğunlaşdırma təşəbbüsləri reallaşdırmaq;
- Departamentin təmsil edildiyi komitələr üçün müvafiq sənəd və materialları hazırlanmasında iştirak etmək;
- Daxili nəzarət, uyğunluq və tənzimləyici risklərin idarə olunması üzrə siyasət və prosedurların qurulmasında iştirak etmək;
- Kompleks risklərin strateji səviyyədə təhlili və rəhbərliyə təqdim ediləcək hesabatların hazırlanmasını təmin etmək;
Tələb olunun biliklər:
- Ali təhsil təhsil (İnformasiya texnologiyaları, iqtisadiyyat və ya biznes idarə edilməsi sahəsi üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Korporativ risklərin idarə olunması, daxili nəzarət, uyğunluq və metodoloji sənədlərlə işləmək üzrə qabaqcıl biliklər;
- Yüksək səviyyəli analitik bacarıqlar, kompleks risklərin qiymətləndirilməsi təcrübəsi;
- Konfidensial və həssas məlumatlarla işləmək üzrə etibarlılıq;
- Danışıqlar aparmaq, münaqişə və riskləri effektiv idarə etmək bacarığı;
- Effektiv komanda idarəetmə bacarıqlarına sahib olmaq;
- Müxtəlif səviyyəli maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq;
- Riskli və qeyri-müəyyən situasiyalarda operativ və düzgün qərar vermək;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Azərbaycan dili - səlis, ingilis – yaxşı; rus dili – orta.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.