Risklərin idarə edilməsi üzrə bölmə rəhbəri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Risklərin idarə edilməsi üzrə bölmə rəhbəri

  • Истекает 11 октябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Departament: Keyfiyyət Təminatı/Komplayns və risklərin idarə olunması şöbəsi

Vəzifə öhdəlikləri:

  • Korporativ risklərin idarə olunması üzrə siyasət, prosedur və metodoloji sənədlərin hazırlanması və inkişafında əsas rol almaq;
  • Maliyyə, İnsan Resursları və digər əsas departamentlər üzrə daxili nəzarət və uyğunluq prosedurlarının effektiv işləməsini təmin etmək;
  • Hüquqi və tənzimləyici tələblərə uyğunluq risklərini qabaqcadan müəyyənləşdirmək və onların qarşısını almaq;
  • Siyasət və prosedurların müntəzəm olaraq yenilənməsini təmin etmək;
  • Risk idarəetmə proseslərinin effektivliyini mütəmadi olaraq qiymətləndirmək;
  • Mövcud proseslərin risk prizmasından təhlil olunması və optimallaşdırılması üzrə təkliflər vermək;
  • Risklərin təsir və ehtimallarını dərin analiz etmək, müvafiq risk xəritələri və reyestrlərini hazırlamaq;
  • Risklərin idarə olunması üzrə beynəlxalq standartlara uyğunlaşdırma təşəbbüsləri reallaşdırmaq;
  • Departamentin təmsil edildiyi komitələr üçün müvafiq sənəd və materialları hazırlanmasında iştirak etmək;
  • Daxili nəzarət, uyğunluq və tənzimləyici risklərin idarə olunması üzrə siyasət və prosedurların qurulmasında iştirak etmək;
  • Kompleks risklərin strateji səviyyədə təhlili və rəhbərliyə təqdim ediləcək hesabatların hazırlanmasını təmin etmək;

Tələb olunun biliklər:

  • Ali təhsil təhsil (İnformasiya texnologiyaları, iqtisadiyyat və ya biznes idarə edilməsi sahəsi üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Korporativ risklərin idarə olunması, daxili nəzarət, uyğunluq və metodoloji sənədlərlə işləmək üzrə qabaqcıl biliklər;
  • Yüksək səviyyəli analitik bacarıqlar, kompleks risklərin qiymətləndirilməsi təcrübəsi;
  • Konfidensial və həssas məlumatlarla işləmək üzrə etibarlılıq;
  • Danışıqlar aparmaq, münaqişə və riskləri effektiv idarə etmək bacarığı;
  • Effektiv komanda idarəetmə bacarıqlarına sahib olmaq;
  • Müxtəlif səviyyəli maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq;
  • Riskli və qeyri-müəyyən situasiyalarda operativ və düzgün qərar vermək;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Azərbaycan dili - səlis, ingilis – yaxşı; rus dili – orta.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily31
  • Weekly704
  • Monthly1343