Departament: İnformasiya texnologiyaları/İnformasiya texnologiyaları infrastrukturu şöbəsi
Vəzifə öhdəlikləri:
- SAN, NAS və digər yaddaş həllərinin qurulması, konfiqurasiyası və dayanıqlı şəkildə idarə olunması
- Yaddaş sistemlərinin performans və tutum göstəricilərinin mütəmadi monitorinqi
- Məlumatların ehtiyat nüsxələrinin çıxarılması və qəza-bərpa (disaster recovery) proseslərinin effektiv idarə olunması
- Yaddaşla bağlı nasazlıqların aradan qaldırılması və 2-ci/3-cü səviyyəli texniki dəstəyin göstərilməsi
- Yaddaş sistemlərinin modernləşdirilməsi və miqrasiya proseslərinin planlaşdırılması və həyata keçirilməsi
- Məlumatların bütövlüyü, əlçatanlığı və təhlükəsizliyinin təmin olunması
- Yaddaş infrastrukturuna dair sənədlərin hazırlanması və davamlı olaraq yenilənməsi
- Sistem, şəbəkə və verilənlər bazası administratorları ilə sıx əməkdaşlıq
- Yaddaş üzrə qabaqcıl təcrübələrin və səmərəli tutum planlaşdırılmasının tətbiqi
Tələb olunan biliklər və bacarıqlar:
- Ali təhsil (Kompüter mühəndisliyi, İT və ya əlaqəli sahələr üzrə);
- SAN protokolları (FC, iSCSI) və RAID konfiqurasiyaları üzrə dərin biliklər
- Zonalaşdırma (zoning), LUN masking və multipathing ilə tanışlıq
- Avtomatlaşdırma məqsədilə güclü skript yazma bacarığı (məsələn, PowerShell, Bash, Python)
- Yaddaş performansının tənzimlənməsi və nasazlıqların aradan qaldırılması sahəsində bilik
- SAN və NAS mühitləri daxil olmaqla, yaddaş sistemlərinin idarə olunması sahəsində 3 ildən artıq iş təcrübəsi
- Dell EMC, HPE Alletra, NetApp, Hitachi, Pure Storage kimi aparıcı yaddaş texnologiyaları ilə iş təcrübəsi
- Fiber kanal şəbəkə avadanlıqları (Brocade, Cisco MDS) ilə işləmə təcrübəsi
- VMware, Windows və Linux platformalarında yaddaş resurslarının təqdim olunması üzrə bilik və təcrübə
- Commvault, Veeam və Veritas NetBackup kimi ehtiyat nüsxə və bərpa həlləri ilə praktiki iş təcrübəsi
- Yaddaş loqları və xəbərdarlıqlarını oxuma və təhlil etmə bacarığı
- Azərbaycan dili – səlis, ingilis dili – yaxşı; rus dili – yaxşı
- Güclü ünsiyyət və sənədləşdirmə bacarıqları
- Müstəqil şəkildə və komanda ilə işləmə qabiliyyəti
- Vaxtın idarə olunması və təşkilatçılıq bacarığı
- Detallara diqqətli və proaktiv yanaşma
- Analitik düşüncə və problem həlletmə bacarığı.
Üstünlük verilir:
- Vendor-specific certifications (EMC Proven Professional, NetApp NCDA, HPE ASE).
- ITIL Foundation Certification.
- VMware Certified Professional (VCP) or equivalent.
İş şərtləri:
- Təcili vəziyyətlər üçün növbədənkənar (on-call) rejimdə işləməyə hazırlıq
- Texniki işlər zamanı (gecə və ya həftəsonları) işləmək imkanı
- Müəyyən hallarda məlumat mərkəzlərinə ezam olunmaq zərurəti
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.