Departament: İnformasiya Təhlükəsizliyi /Kibertəhlükəsizlik şöbəsi/Təhlükəsizlik mühəndisliyi bölməsi
Əsas vəzifə və öhdəlikləri:
- İnfrastruktur və tətbiqlər üzrə zəifliklərin aşkarlanması, istismar potensialının analizi və mitigasiya strategiyalarının hazırlanması;
- Əməliyyat sistemləri, tətbiqlər və şəbəkə komponentlərinin loqlarının SIEM sistemlərinə inteqrasiyasını təmin etmək;
- EDR, XDR, DLP, Syslog və digər təhlükəsizlik agentlərinin avtomatlaşdırılmış yerləşdirilməsinə dəstək vermək;
- “Assesment” proseslərində kibertəhlükəsizlik sənədlərinin və məlumat aktivlərinin düzgün təsnifatını yoxlamaq;
- Məlumatların təsnifatı və Data Loss Prevention (DLP) tətbiqinin təkmilləşdirilməsi, idarəsi;
- Firewall, VPN, WAF, IDS/IPS sistemlərinin təhlükəsizlik siyasətlərinə uyğun konfiqurasiyası və loqlama mexanizmlərinin qurulması/təkmilləşdirilməsi;
- Yeni resurslar üzrə təhlükəsizlik qaydalarının SIEM/SOAR üzərində tətbiqi və testinin həyata keçirilməsi;
- Red Team / Blue Team simulyasiyalarında iştirak;
- Təhlükəsizlik auditləri və test nəticələri (o cümlədən pentest) üzrə tapıntıların izlənməsi və aradan qaldırılması;
- PAM siyasətlərinə uyğun olaraq istifadəçi girişlərinin və imtiyazlı hüquqların düzgün şəkildə təyin olunmasını və idarə edilməsini yoxlamaq;
- Phishing, spoofing, DDoS və digər real hücum vektorlarına qarşı müdafiə ssenarilərinin hazırlanması və test edilməsi;
- Təhlükəsizlik texnologiyaları üzrə yeniliklərin izlənməsi, PoC (Proof of Concept) testlərinin aparılması və uyğun həllərin təklif olunması;
Tələb olunun biliklər:
- Microsoft ailəsinə daxil olan əməliyyat sistemləri və müxtəlif Linux distributivləri üzrə sərbəst idarəetmə və sistemlərin hardening (möhkəmləndirilməsi) sahəsində praktik bacarıqlar;
- EDR, XDR, DLP, SIEM və Syslog agentlərinin yerləşdirilməsi və avtomatlaşdırılmış tətbiq ssenarilərində təcrübə (Ansible, Puppet, GPO və s.);
- WAF texnologiyaları üzrə nəzəri və praktiki biliklər (F5 ASM, Imperva, FortiWeb, AWS WAF, Azure WAF, Cloudflare WAF);
- PAM sistemlərinin arxitekturası və təhlükəsizlik prinsipləri üzrə bilik (CyberArk, Thycotic və s.);
- Zəiflik skanları və uyğunluq yoxlamaları üzrə təcrübə (Nessus, OpenVAS, Qualys, CIS CAT Pro);
- Müxtəlif hücum vektorlarına qarşı ssenarilərin (phishing, spoofing, DDoS) hazırlanması və test edilməsi;
- Texnoloji yenilikləri izləmək, sınaqdan keçirmək (PoC) və uyğun texnologiyaları tövsiyə etmək bacarığı;
- Kibertəhlükəsizlik sənədlərinin hazırlanması, risklərin dəyərləndirilməsi və audit nəticələrinin idarə olunması bacarığı;
- OSCP, CEH, RHCSA / RHCE, Pentest+, CCNA Security, Microsoft Certified Engineer, Fortinet NSE 4–7 sertifikatları (üstünlük)
- Sahə üzrə minimum 2 il iş təcrübəsi
- Azərbaycan dili sərbəst; rus və ingilis dilləri yaxşı.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək Müraciət Et düyməsində yerləşən e-mail ünvanına göndərə bilərlər.