Azinvest İnşaat Azinvest İnşaat
  • 293

Azinvest İnşaat

Tikinti

Tikinti üzrə Briqadir

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tikinti üzrə Briqadir

  • Deadline 14 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Briqada üzvlərinin əmək və istehsalat intizamına, təhlükəsizlik texnikası təlimatlarına riayət etmələrinə nəzarət etmək;
  • Daima işə başlamazdan əvvəl iş yerlərinin vəziyyətini, təhlükəsizlik qaydalarının tələblərinə uyğun olmasını, avadanlığın, alətlərin, çəpərlərin, keçidlərin, pilləkənlərin və başqa hündürdə işləmək üçün lazım olan vasitələrin işə yararlığını və sazlığını yoxlamaq; 
  • Görüləcək işlərin xüsusiyyətindən asılı olaraq işçiləri sahələrdə yerləşdirib, onlara görəcəkləri işin ardıcıllığı haqqında izahat vermək;
  • Yeni işə qəbul olmuş fəhlələri təhlükəsiz işləməyə, mühafizə və xilasedici vasitələrdən istifadə etmə qaydalarına öyrətmək;
  • Tikinti sahəsi ərazisinin təmizliyinə nəzarət etmək, sahədən çıxan tullantıların çeşidlənərək xüsusi ayrılmış yerlərə daşınmasını təmin etmək;
  • Tikinti materiallardan düzgün və qənaətlə istifadə olunmasına nəzarət etmək, sərfiyyatın minimum səviyyəyə endirilməsi üçün tədbirlər həyata keçirmək.

Tələblər:

  • Bəy namizəd
  • Tikinti sahəsində təcrübə 
  • İşçi briqadasını idarəetmə bacarığı
  • Sahədə işlərin təşkilini bilmək
  • Müvafiq sahə üzrə 1 ildən artıq təcrübəyə üstünlük verilir;
  • Planlaşdırma, təşəbbüskarlıq, problem həlletmə, stressə davamlı;

İş barədə məlumat:

  • İş vaxtı: Həftə içi 6 gün 
  • İş Yeri: Kəlbəcər
  • Əmək haqqı işçinin təcrübəsinə əsasən danışıq əsnasında müəyyən olunacaqdır 

Qeyd: Yalnız tikinti sahəsində təcrübəsi olan şəxslər müraciət etsin.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini müraciət etdiyi vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində göstərilən e-mail ünvanına göndərə bilər.

  • Daily9
  • Weekly608
  • Monthly1701