AZMADE Group AZMADE Group
  • 2.6K

AZMADE Group

Digər , Distribyutorlar

Mühəndislikdə İlk Addım (MİA) – 2025

Mühəndislikdə İlk Addım (MİA) – 2025

  • Deadline 28 Avqust 2025

Gənc mühəndislər üçün əla fürsət!
Mühəndislik karyeranıza uğurlu addımı AZMADE GROUP ilə atın!

Böyük maraq görən və artıq 2-ci dəfə keçirilən “Mühəndislikdə İlk Addım” (MİA) proqramı bu dəfə daha da genişlənərək AZMADE GROUP-un 4 aparıcı şirkətini əhatə edir:

  • Azertexnolayn MMC – Sumqayıt
  • AAC MMC – Qaradağ, Bakı 
  • Spark Beton – Nərimanov, Bakı 
  • Zəyəm Texnologiyalar Parkı ASC – Zəyəm qəsəbəsi, Şəmkir 

İlk proqramdan məzun olan gənclərimizin yarıdan çoxu artıq bizimlə bərabər çalışır və gənc, təcrübəli mühəndislərimizə çevriliblər!

Hazırda proqrama yalnız aşağıdakı ixtisaslar üzrə qəbul aparılır:

  • Maşınqayırma mühəndisliyi
  • Metallurgiya mühəndisliyi
  • Sənaye mühəndisliyi
  • İnşaat mühəndisliyi
  • Mexanika mühəndisliyi
  • Materialşünaslıq

Bu proqram sizə nə qazandıracaq?

  • Real mühəndislik təcrübəsi
  • Mentor dəstəyi ilə inkişaf
  • Peşəkar mühitdə təlimlər
  • Əmək müqaviləsi + aylıq əmək haqqı
  • Uğurlu iştirakçılar üçün işə qəbul imkanı

Kimlər müraciət edə bilər?

  • Bakalavr təhsilini yeni bitirmiş və ya sonuncu kurs tələbəsi olanlar
  • Magistratura üzrə təhsil alan, lakin gündüz dərsləri olmayanlar
  • 6 ay müddətində təcrübə keçə biləcək namizədlər
  • Yüksək GPA və ya universitetə yüksək balla qəbul olan tələbələr (yerli universitetlər üçün)

Şirkət üzrə təminatlar:

Faydalı keçidlər:

  • Daily8
  • Weekly623
  • Monthly741