Azmaş Lizinq MMC Azmaş Lizinq MMC
  • 267

Böyük Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Böyük Mühasib

  • Deadline 24 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şəhər, ünvan - Bakı şəhəri, Qaradağ ray., Salyan şossesi ev 1

Əmək funksiyası

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi uçotunun aparılması və vergi öhdəliklərinin icrasının təmin edilməsi;
  • Vergilər ilə bağlı gündəlik tapşırıqların yerinə yetirilməsi (Onlayn Kargüzarlığın, məktubların, Kameral məktubların yoxlanılması və Vergilər Nazirliyinə cavablandırılması);
  • Bütün vergi növlərinin (Mənfəət vergisi, ƏDV, ÖMV, Torpaq, Əmlak, Muzdlu işlə əlaqədar vergilər və s.) qanunvericiliklə müəyyən edilmiş müddətlərdə düzgün hesablanmasını hazırlanmasını və təqdim edilməsini təmin etmək;
  • Vergi Məcəlləsində baş verən dəyişiklikləri izləmək və onların tətbiqi barədə rəhbərliyi məlumatlandırmaq.
  • Kameral və səyyar vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri hazırlamaq və təqdim etmək.
  • Vergi risklərini müəyyən etmək, təhlil etmək və onların minimuma endirilməsi üçün təkliflər hazırlamaq.
  • Debitor və kreditor əməliyyatlarının vergi uçotu baxımından düzgün aparılmasına nəzarət etmək.
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının dəqiq formalaşdırılması 
  • Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alışı, istismara verilməsi, yerinin dəyişdirilməsi, təmir xərclərinin kapitallaşdırılması və silinməsi əməliyyatlarının əməliyyat sistemində dərhal və dəqiq əks etdirmək;
  • ƏV üzrə amortizasiya xərclərini hesablamaq;
  • Əsas vəsaitlərin dövri inventarizasiya prosesində iştirak etmək, nəticələri təhlil etmək və kənarlaşmaları mühasibatlıq sistemində əks etdirmək.
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələr, ezam və digər ödənişlərin qanunvericiliyə uyğun hesablanmasına nəzarət etmək.
  • Vergi hesablaşmalarını maliyyə uçotu məlumatları ilə mütəmadi uzlaşdırmaq.
  • 1C və ERP sistemlərində vergi uçotunun qurulması və düzgün aparılmasına nəzarət etmək.
  • Vergi uçotu üzrə daxili hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları icra etmək.

Namizədə tələblər

  • 24-45 yaş arası
  • Ali təhsil (mühasibat uçotu, maliyyə);
  • Vergi Məcəlləsini bilməli;
  • 1C proqramında 2-3 il iş təcrübəsi
  • Müvafiq sahədə 2-3 ildən az olmayan iş təcrübəsi;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı 

İş şəraiti 

  • Həftədə 5 gün saat 09:00 – 17:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin olunacaq

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily38
  • Weekly235
  • Monthly1711