Satış üzrə aparıcı mütəxəssis (Traktor satışı üzrə)
Azmaş Lizinq MMC komandasına traktor və kənd təsərrüfatı texnikalarının satışı üzrə təcrübəli və ya bu sahədə inkişaf etmək istəyən satış mütəxəssisi axtarır.
Əmək haqqı: 1200 Azn + bonus
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarılması və yeni müştəri bazasının yaradılması;
- Traktor və kənd təsərrüfatı texnikalarının müştərilərə təqdim edilməsi;
- Müştərilərlə görüşlərin keçirilməsi və satış prosesinin idarə olunması;
- Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun texnikanın təklif edilməsi;
- Satış planlarının yerinə yetirilməsi;
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
- Rəhbərliyə satış fəaliyyəti üzrə hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
- Yaş: 22-50
- Ali təhsil arzuolunandır.
- Satış sahəsində iş təcrübəsi;
- Satış üzrə müştəri bazasının formalaşdırılması bacarığı;
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- Danışıqlar aparmaq və inandırma qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
İş yeri: Qaradağ rayonu, Salyan şossesi ev 2
CV-lərinizi mövzu hissəsində “Satış üzrə aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.