Azmaş Lizinq MMC komandasına traktor və kənd təsərrüfatı texnikalarının satışı üzrə təcrübəli və ya bu sahədə inkişaf etmək istəyən satış mütəxəssisi axtarır.
Əmək haqqı: 1500 Azn + bonus
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarılması və yeni müştəri bazasının yaradılması;
- Traktor və kənd təsərrüfatı texnikalarının müştərilərə təqdim edilməsi;
- Müştərilərlə görüşlərin keçirilməsi və satış prosesinin idarə olunması;
- Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun texnikanın təklif edilməsi;
- Satış planlarının yerinə yetirilməsi;
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
- Müştərilərin texnikanın vaxtında və tam ödənişinə nəzarət;
- Rəhbərliyə satış fəaliyyəti üzrə hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
- Yaş: 22-50
- Ali təhsil arzuolunandır.
- Satış sahəsində iş təcrübəsi;
- Kənd təsərrüfatı texnikaları barədə müvafiq biliyə malik olmaq;
- Satış üzrə müştəri bazasının formalaşdırılması və idarəolunması bacarığı;
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- Korporativ müştərilərin cəlb olunması bacarığı;
- Danışıqlar aparmaq və inandırma qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
İş yeri: Qaradağ rayonu, Salyan şossesi ev 2
CV-lərinizi mövzu hissəsində “Satış üzrə baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.