Vəzifə öhdəlikləri:
- Veb-saytlar, sosial media platformaları, rəqəmsal kanallar və digər kommunikasiya vasitələri üçün qrafik və motion dizaynların hazırlanması;
- Şirkətin korporativ üslubuna uyğun promo və çap məhsulları üçün dizaynın hazırlanması;
- Video materialların, reklam və sosial çarxların montajlanıb ölçülərə salınması;
- Dizaynla bağlı kreativ ideyaların verilməsi və komanda müzakirələrində iştirak;
- Dizayn tapşırıqların dəqiq və vaxtında təqdim edilməsi;
- Dizayn sahəsindəki trendlərin daim təqib edilməsi və işinə yeniliklərin qatılması;
- Günlük dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi.
Namizədə tələblər:
- Yaş: 18-35
- Mövcud sahədə 1 il iş təcrübəsi;
- Illustrator, Photoshop (Yüksək səviyyədə), Corel Draw üstünlükdür;
- Adobe Premiere, Adobe After Effect, CapCut (Orta səviyyədə) ;
- Kreativ düşüncə, yaradıcı yanaşma və kollektivlə işləmə bacarığı;
- Yüksək araşdırma, öyrənmə və inkişafa meyillilik;
- Öz kompyuterinin olması vacibdir;
- Xarici dil bilikləri üstünlükdür;
- Avtomobil sahəsinə marağı olan namizədlərə üstünlük veriləcək.
İş şəraiti:
- İş qrafiki: həftənin 5 günü, 09:00 – 18:00;
- Əmək haqqı: 800-1000 AZN təşkil edir.
Şirkət haqda axtarış edərkən Amsoil, PetroCanada, Eneos, Fosser markaları üzərindən axtarış etməyiniz xahiş olunur.
CV-nizi Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərsiniz. Maraqlanan namizədlərdən Portfoliolarını əlavə etmələri xahiş olunur.