Vəzifə öhdəlikləri
- Logix sistemində satış sifarişlərinin açılması
- Müştərilərdən sifarişlərin qəbul olunması
- Alınmış sifarişlərin Logix proqramına işlədilməsi
- Açılmış satış sifarişlərinin anbar əməkdaşına bildirilməsi
- Satış sifarişlərinin müştəriyə çatdırılmasının təqibatını aparmaq
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirmək.
İş şəraiti
- İş qrafiki: 6 günlük
- İstirahət günü: bazar günü
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- Nahar fasiləsi: 13:00-14:00
- Əmək haqqı: 800-1000 AZN
- Ünvan: Bakı şəhəri, Bakıxanov
Tələblər
- Yaş: 20-35
- Təhsil: natamam və ya ali
- İş təcrübəsi: 1 ildən yuxarı
- Xanım namizədlərə üstünlük verilir;
- Azərbaycan dili,sərbəst, rus və ingilis dili(arzuolunandır);
- İşə dəqiq, operativ və məsuliyyətli yanaşma;
- Komandada işləmə bacarığı olmalı;
- Logix proqramını bilmək(arzuolunandır)
- Müştəri ilə danışıq bacarığı;
- Səlist danışıq qabiliyyəti;
- İnkişafa yönümlülük;
- Komandada işləmə bacarığı;
- Ünsiyyətcillik;
- Dəqiqlik və məsuliyyət;
- Problemləri həll etmə bacarığı;
- Stresə davamlılıq.
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Satış operatoru” qeyd etməklə Müraciət Et düyməsində göstəriləb elektron poçt ünvanına göndərə bilərlər.