Əsas Öhdəliklər
- Şirkətin saytının idarə olunması, texniki dəstəyi və daim işlək vəziyyətdə saxlanılması.
- Sayta yeni kontent (məqalə, məhsul, xidmət və s.) əlavə etmək və müntəzəm yeniləmək.
- SEO tələblərinə uyğun optimizasiya aparmaq, axtarış sistemlərində görünürlüğü artırmaq.
- Meta Pixel, Google Analytics və digər izləmə kodlarını saytla inteqrasiya etmək.
- Saytın sürət, təhlükəsizlik və istifadəçi təcrübəsini yaxşılaşdırmaq.
- Müştərilərə sayt üzərindən onlayn dəstək göstərmək (chat, sorğu formaları, mesaj cavablandırma).
Bilik və Bacarıqlar
- Ali təhsil
- WordPress, Joomla və ya digər CMS platformalarında işləmə təcrübəsi.
- SEO prinsipləri, açar söz analizi və meta-tag optimizasiyası haqqında biliklər.
- HTML, CSS və sayt idarəçiliyində baza səviyyədə texniki bilik.
- Meta Pixel, Google Tag Manager və Google Analytics qurmaq və idarə etmək bacarığı.
- Müştəri sorğularına operativ və nəzakətli cavab vermək bacarığı.
Üstünlüklər
- E-commerce (onlayn mağaza) sistemləri ilə işləmə təcrübəsi.
- Reklam kampaniyalarının (Meta, Google Ads) saytla inteqrasiyası təcrübəsi.
- Hosting, domen idarəsi və saytın təhlükəsizliyi üzrə biliklər.
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş saatı: 10:00-19:00
- Əmək haqqı: 700-900 Azn (Müsahibədə namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır)
Uyğun namizədlərin “Sayt Administratoru” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri xaiş olunur.