A Azmerika
  • 1.2K

Azmerika

Distribyutorlar

Sürücü

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sürücü

  • Deadline 18 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat:

  • Şöbənin təqdim etdiyi sifarişlərə əsasən malların vaxtında və təhlükəsiz şəkildə satış nöqtələrinə çatdırılmasını təmin etmək
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
  • Avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək
  • Anbardan mal götürülən zaman avtomaşına yüklənmiş malı qaimələrə əsasən sayıb təhvil alır, maşının yüklənməsinə nəzarət etmək
  • Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirir, aşkar olunmuş nasazlıqları aradan qaldırmaq

Vəzifələr:

  • Verilən sifarişlər qaimələrə əsasən avtomaşına yüklənərkən sürücü malların səliqəli, zədələnmədən, yararsız hala düşmədən sayına, görkəminə diqqət yetirir, həmin malları vaxtında göstərilmiş ünvana çatdırmalıdır
  • Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşıyır
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatlarının, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət edir
  • Bazar münasibətlərində maraqlı tərəflərlə şirkəti müsbət şəkildə təmsil və müdafiə edir
  • Dürüst fəaliyyət göstərir və şirkətin Davranış Kodeksinə hörmətlə yanaşır.

Tələblər:

  • Ali,Orta və ya peşə məktəbi
  • Müvafiq sahədə iş təcrübəsi - min. 1 il
  • B kateqoriyalı sürücülük vəsiqəsi , BC olanlara üstünlük veriləcəkdir. 
  • Dürüstlük, dəqiqlik
  • İşi tam vaxtında yerinə yetirmə
  • Nəzakət qaydaları
  • Müştəri yönümlü olmaq

İş şəraiti:

  • 6 günlük iş qrafiki
  • Əmək haqqı: ilkin olaraq 650 -700 AZN
  • Ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 
  • Şirkət haqda axtarış edərkən markalarımız Amsoil, PetroCanada , Eneos , Fosser markaları üzərindən axtarış etməyiniz xahiş olunur.

Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına cv-lərini göndərə bilərlər.

  • Daily8
  • Weekly8
  • Monthly755