“Aznet Technologies” MMC-yə “Resepşn” işçisi tələb olunur.
Əmək haqqı: 600 AZN (NET)
Vəzifə öhdəlikləri:
- Şirkətə gələn qonaqları gülərüz və peşəkar şəkildə qarşılamaq;
- Ofisə gələn qonaqların qeydiyyatını aparmaq və yönləndirmək;
- Ofis daxili məlumat axınını təmin etmək;
- Rəhbərlik tərəfindən tapşırılan işləri və əlavə yarana biləcək işlərin qeydiyyatını aparmaq
- Qonaqlara və əməkdaşlara lazım olan inzibati dəstəyi göstərmək;
- Ofis ləvazimatlarının və qəbul otağının səliqə-sahmanına nəzarət etmək
Tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Oxşar sahədə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dili sərbəst, rus və ingilis dillərini bilməsi üstünlükdür;
- Gülərüz, məsuliyyətli, səliqəli və ünsiyyətcil olmaq;
- MS Office proqramlarında işləmək bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə:
- İş qrafiki: Həftə içi 5 gün saat 09:00-18:00
- Nahar: 13:00-14:00
- İstirahət günləri: şənbə, bazar
- Ünvan: Çinar Park Biznes Mərkəzi. 4-cü bina, 5-ci mərtəbə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
CV göndərilərkən məzmun yerində “Resepşn” qeyd olunması mütləqdir.