Aznof MMC “Smeta mühəndisi” vakansiyası üzrə işçi axtarır!
Vəzifə təlimatları:
- Layihəyə əsasən iş həcmlərinin çıxarılması;
- İş həcmlərinin qiymətləndirilməsi;
- Layihə cizgiləri əsasından təmir-tikinti iş həcmləri cədvəlin tərtib edilməsi;
- Layihə işlərinə uyğun xərclərin hesablanması (materiallar, işçi qüvvəsi, avadanlıqlar və s.)
- Smeta dəyərlərinin tikinti normativlərinə uyğunluğunun yoxlanılması;
- Planlaşdırılmış və faktiki xərclərin müqayisəsi, uyğunsuzluqların müəyyən edilməsi;
- Smetaların bazar qiymətləri ilə hesablanması.
Vəzifə ilə bağlı tələblər:
- Müvafiq ixtisas üzrə ali təhsil;
- Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
- Layihə dəyişikliklərinin smetaya və icra sənədlərinə inteqrasiyası üzrə təcrübə;
- Microsoft Office, AutoCad və 1C proqramlarında sərbəst işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü iş prinsipi;
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı;
- 25-55 yaş arası namizədlər.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189
- İş rejimi: 6 günlük iş həftəsi
- Əmək haqqı: Namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq
Göstərilən vəzifə üzrə maraqlanan Namizədlərdən mövzu hissəsində “Smeta mühəndisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.