İşin təsviri: Parkinq xidməti üzrə innovativ həllər təqdim edən “AzParking” MMC yeni layihələrin icrasında fəaliyyət göstərəcək peşəkar Mühasib axtarışındadır.
İş yeri: Bakı şəhəri;
İş təcrübəsi: Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi;
Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə);
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Vahid bəyannamənin hazırlanaraq dövlət orqanına təqdim edilməsi;
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət edilməsi və təhlili;
- Bank ödənişlərinin həyata keçirilməsi;
- Bank, Kassa, Əmək haqqı sənədlərinin işlənməsi və uçotunun aparılması;
- Bank və kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkətinin hesabatının hazırlanması;
- Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi;
- Aylıq, rüblük və illik bütün Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara vaxtında təqdim edilməsi;
- Vergi orqanlarından onlayn kargüzarlığa daxil olan məktubların cavablandırılması və uyğunsuzluqların aradan qaldırılması (ərizə, müraciət və s);
- E-Qaimə Faktura, Hesab Faktura və aktların tərtib olunması və göndərilməsi
- Və digər cari əməliyyatların həyata keçirilməsi.
Tələb olunan səriştələr:
- e-gov.az, e-taxes.gov.az, e-customs.gov.az- rəsmi dövlət portalları ilə sərbəst işləmək bacarığı;
- 1C proqramı üzrə yüksək səviyyədə istifadə bacarığı;
- Microsoft Excel proqramından istifadə bacarığı;
İş şəraiti:
- Əmək haqqı: 1000-1200 AZN
- İş qrafiki : 5 günlük iş həftəsi;
- İş saatları: 09:00-18:00;
Təqdim etdiyimiz imkanlar:
- Karyera yüksəlişi imkanı.
- Rəqabətədavamlı əmək haqqı sistemi.
- Korporativ mədəniyyətə sahib iş mühiti.
Müraciət forması: Qeyd olunan tələblərə cavab verən namizədlər e-mail ünvanına “Mühasib” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.