Təşkilati inkişaf üzrə aparıcı mütəxəssis

  • Истекает 30 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Komandamıza İnsan Resursları proseslərinin, təşkilati strukturun və performans idarəetmə sisteminin təkmilləşdirilməsinə töhfə verəcək, analitik düşüncə və strateji yanaşmaya malik Təşkilati inkişaf üzrə aparıcı mütəxəssis axtarırıq.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin təşkilati strukturda baş verən dəyişikliklərə uyğun olaraq struktur sxemlərinin və vəzifə təlimatlarının hazırlanmasını, yenilənməsini və aktuallığının təmin edilməsini həyata keçirmək;
  • Struktur bölmələrinin funksiyalarını, vəzifə və məsuliyyət bölgüsünü təhlil etmək, proseslərin optimallaşdırılması  üzrə təkliflər vermək;
  • Şirkət üzrə mövcud performans idarəetmə sisteminin (KPI/OKR) təkmilləşdirilməsi, tətbiqinin koordinasiyası və effektivliyinin qiymətləndirilməsində iştirak etmək;
  • Performans göstəricilərinin müəyyənləşdirilməsi, izlənilməsi və qiymətləndirilməsi proseslərinin təkmilləşdirilməsinə dəstək olmaq;
  • İllik, rüblük və dövri performans qiymətləndirmə proseslərinin koordinasiyasında iştirak etmək, nəticələr əsasında təkmilləşdirmə təklifləri hazırlamaq;
  • 360° qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi və tətbiqinin koordinasiyasında iştirak etmək;
  • Əməkdaş bağlılığı və məmnuniyyətinin qiymətləndirilməsi məqsədilə sorğular təşkil etmək, nəticələri təhlil etmək və müvafiq inkişaf təşəbbüsləri hazırlamaq;
  • Yeni əməkdaşların adaptasiya prosesinin effektivliyini izləmək və mövcud mexanizmlərin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
  • Korporativ məlumat axınının effektiv idarə olunması, kommunikasiya kanallarının səmərəliliyinin artırılması və daxili kommunikasiya təşəbbüslərinin əlaqələndirilməsi;
  • İnsan Resursları proseslərinin təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək və müvafiq layihələrin icrasını koordinasiya etmək.

Namizədə dair tələblər

  • Biznesin idarə edilməsi, Menecment, İnsan Resursları və ya müvafiq sahə üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
  • Təşkilati inkişaf və performans idarəetməsi sahəsində iş təcrübəsi;
  • KPI, OKR və performans qiymətləndirmə metodologiyaları üzrə biliklər;
  • İşçi bağlılığı və məmnuniyyətinin idarə olunması üzrə təcrübə üstünlükdür;
  • Süni intellekt alətlərindən peşəkar səviyyədə istifadə bacarığı;
  • Rəqəmsal korporativ platformalarla işləmək təcrübəsi üstünlükdür;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis dili biliyi üstünlükdür.

Şəxsi keyfiyyətlər

  • Strateji yanaşma və nəticəyönümlülük;
  • Güclü kommunikasiya və təqdimat bacarıqları;
  • Təşəbbüskarlıq və problem həll etmə bacarığı;
  • Komanda işi və müxtəlif struktur bölmələri ilə effektiv əməkdaşlıq bacarığı.

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Təşkilati inkişaf üzrə aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily5
  • Weekly538
  • Monthly2507