Komandamıza İnsan Resursları proseslərinin, təşkilati strukturun və performans idarəetmə sisteminin təkmilləşdirilməsinə töhfə verəcək, analitik düşüncə və strateji yanaşmaya malik Təşkilati inkişaf üzrə aparıcı mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri
- Şirkətin təşkilati strukturda baş verən dəyişikliklərə uyğun olaraq struktur sxemlərinin və vəzifə təlimatlarının hazırlanmasını, yenilənməsini və aktuallığının təmin edilməsini həyata keçirmək;
- Struktur bölmələrinin funksiyalarını, vəzifə və məsuliyyət bölgüsünü təhlil etmək, proseslərin optimallaşdırılması üzrə təkliflər vermək;
- Şirkət üzrə mövcud performans idarəetmə sisteminin (KPI/OKR) təkmilləşdirilməsi, tətbiqinin koordinasiyası və effektivliyinin qiymətləndirilməsində iştirak etmək;
- Performans göstəricilərinin müəyyənləşdirilməsi, izlənilməsi və qiymətləndirilməsi proseslərinin təkmilləşdirilməsinə dəstək olmaq;
- İllik, rüblük və dövri performans qiymətləndirmə proseslərinin koordinasiyasında iştirak etmək, nəticələr əsasında təkmilləşdirmə təklifləri hazırlamaq;
- 360° qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi və tətbiqinin koordinasiyasında iştirak etmək;
- Əməkdaş bağlılığı və məmnuniyyətinin qiymətləndirilməsi məqsədilə sorğular təşkil etmək, nəticələri təhlil etmək və müvafiq inkişaf təşəbbüsləri hazırlamaq;
- Yeni əməkdaşların adaptasiya prosesinin effektivliyini izləmək və mövcud mexanizmlərin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Korporativ məlumat axınının effektiv idarə olunması, kommunikasiya kanallarının səmərəliliyinin artırılması və daxili kommunikasiya təşəbbüslərinin əlaqələndirilməsi;
- İnsan Resursları proseslərinin təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək və müvafiq layihələrin icrasını koordinasiya etmək.
Namizədə dair tələblər
- Biznesin idarə edilməsi, Menecment, İnsan Resursları və ya müvafiq sahə üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
- Təşkilati inkişaf və performans idarəetməsi sahəsində iş təcrübəsi;
- KPI, OKR və performans qiymətləndirmə metodologiyaları üzrə biliklər;
- İşçi bağlılığı və məmnuniyyətinin idarə olunması üzrə təcrübə üstünlükdür;
- Süni intellekt alətlərindən peşəkar səviyyədə istifadə bacarığı;
- Rəqəmsal korporativ platformalarla işləmək təcrübəsi üstünlükdür;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili biliyi üstünlükdür.
Şəxsi keyfiyyətlər
- Strateji yanaşma və nəticəyönümlülük;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Təşəbbüskarlıq və problem həll etmə bacarığı;
- Komanda işi və müxtəlif struktur bölmələri ilə effektiv əməkdaşlıq bacarığı.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Təşkilati inkişaf üzrə aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.