İş şəraiti
- İş yeri: Bakı
- İş rejimi: Tam ştat (5 günlük iş qrafiki)
- Əmək haqqı: Müsahibə əsasında
Vəzifə öhdəlikləri:
- Şirkətin bütün İT infrastrukturunun idarə edilməsi və davamlı işlək vəziyyətdə saxlanması
- Kompüter, server, printer, şəbəkə və digər texniki avadanlıqların quraşdırılması, sazlanması və texniki baxımının aparılması
- Lokal şəbəkə (LAN/WAN) və internet bağlantılarının monitorinqi, şəbəkə problemlərinin həlli
- Serverlərin idarə olunması, ehtiyat nüsxələrin (backup) yaradılması və məlumat təhlükəsizliyinin təmin olunması
- Proqram təminatlarının quraşdırılması, yenilənməsi və lisenziyaların idarə olunması
- İstifadəçilərə texniki dəstəyin göstərilməsi (helpdesk) və İT problemlərin operativ həlli
- Sistem və proqram təminatlarında meydana çıxan xətaların analizi və həlli
- Yeni İT layihələrinin hazırlanması və tətbiqi (məsələn, avtomatlaşdırma, bulud həlləri, ERP inteqrasiyası)
- Rəhbərliyə İT fəaliyyəti üzrə mütəmadi hesabatların təqdim edilməsi
- İT təhlükəsizliyi protokollarına əməl olunmasının təmin edilməsi
- Təhlükəsizlik pozuntularının və sistem xətalarının qarşısının alınması
- İşçilərin İT təlimatlandırılması və İT siyasətləri barədə məlumatlandırılması
Namizədə tələblər:
- Ali təhsil (İT, Kompüter elmləri və ya əlaqəli sahə)
- Yaş həddi: 23- 40 yaş
- İT sahəsində minimum 3 il iş təcrübəsi
- Windows və Linux əməliyyat sistemləri üzrə biliklər
- Şəbəkə texnologiyaları, router/modem və firewall bilikləri
- Server idarəetmə və virtualizasiya (VMware, Hyper-V və s.) üzrə biliklər üstünlükdür
- Texniki düşüncə və problem həll etmə bacarığı
- Məsuliyyətli, operativ və təşəbbüskar olması
- Azərbaycan dili səlis, rus və ingilis dili üstünlükdür
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı
- Peşəkar inkişaf və təlim imkanları
- Stabil və uzunmüddətli iş
- Rahat, peşəkar və texniki cəhətdən təchiz olunmuş iş mühiti
Uyğun namizədlər CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına (“İT üzrə mütəxəssis”) mövzusu ilə göndərməyiniz xahiş olunur.