Vəzifə və öhdəliklər:
- Müştərilərdən nağd ödənişləri qəbul etmək və pos-terminal vasitəsilə qeyri-nağd ödənişləri həyata keçirmək.
- Ödənilən vəsaitləri yoxlamaq və düzgün qaydada əməliyyatı həyata keçirmək
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək
- Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləmək, nəzarətdə saxlamaq və hesabatını aparmaq
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönəltmək
- Kassaya mədaxil və məxaricləri və satış əməliyyatlarını sistemə daxil etmək
- Yaranan problemlərlə bağlı rəhbərliyə vaxtında müraciət etmək
- Satış, alış əməliyyatlarının sistemə daxil etmək
- Rəhbərlik tərəfindən daxil olan digər sorğuların icrası
Tələblər:
- Ali təhsil (iqtisadi sahələrdə olması arzuolunandır);
- Yalnız xanım namizəd;
- ERP və Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilində səlis danışa bilməli, ingilis dili biliyi üstünlükdür;
- İş yeri – Bakı şəhəri, Babək PR 74
- 6 günlük iş qrafiki;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Nahar şirkət tərəfindən verilir.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Kassir operator” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.