Vəzifə öhdəlikləri:
- Qida məhsullarının keyfiyyət standartlarına uyğun istehsalının təmin edilməsi;
- İstehsal prosesində keyfiyyət göstəricilərinə nəzarət və uyğunluğun yoxlanılması;
- Xammalın və hazır məhsulun keyfiyyət analizi;
- Uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi;
- Keyfiyyətə nəzarət üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Məhsulların keyfiyyətini qoruyarkən rəf ömrünü uzatmaq üçün duzlama, hisəvermə və ya dondurma kimi müxtəlif konservləşdirmə üsullarının tətbiqinə qərar verir və icrasına nəzarət edir.
- Qeydlərin aparılması, emal fəaliyyətlərinin, o cümlədən emal edilmiş miqdarların, partiyaların nömrələrinin və emal zamanı rast gəlinən hər hansı problemin dəqiq qeydlərinin aparılmasını təşkil edir.
- Gündəlik olaraq xammal və hazır məhsul ilə bağlı laboratoriya nəticələrini nəzarətdə saxlayır, uyğunsuzluq anında rəhbər heyəti xəbardar edərək istehsal prosesinə düzəliş məqsədli müdaxilə edir.
- İşin sonunda istehsalata aid nəzarət kartlarını doldurub gündəlik hesabat hazırlayır aidiyyəti rəhbər işçilərə göndərilməsini təmin edir.
- Emal avadanlığının təmiz, funksional və verilən tapşırıq üçün düzgün qurulmasını təmin edir.
- Məhsul emalına aid bütün mərhələrdə bilavasitə iştirak edir, emal zamanı yaranan nöqsanları aradan qaldırır, emal sahəsinin işçi heyətini iş gedişatına uyğun idarə edir və yönləndirir.
- Xammalın emalı, hazır məhsulun alınması və saxlanması mərhələrinin sanitar və gigiyenik standartlara uyğun olmasını daim nəzarətdə saxlayır və ola biləcək uyğunsuzluqlara görə məsuliyyət daşıyır.
- Emal prosesində iştirak edən işçilərin işinə nəzarət edir, lazım gəldikdə təlim verir və təhlükəsizlik protokollarına riayət edilməsini təmin edir.
- Emal texnikasını və məhsul keyfiyyətini yaxşılaşdırmaq üçün tədqiqat və sınaqları aparır.
- Mühəndis-texnoloq, ətraf mühitin təhlükəsizliyini nəzərə alaraq, mütərəqqi, iqtisadi cəhətdən əsaslandılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlayır;
- İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən təşkil edir;
- Sexdə texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsini nəzarətdə saxlayır;
- Xammala,materiala, əmək sərfinə qənaəti təşkil edir;
- Məhsulun, işlərin(xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkili, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verməsinə nəzarət edir;
- Məhsul hazırlayan istehsal sahələrinin, texnoloji avadanlıqların istehsal güclərinin hesabatlarının aparılmasında yaxından iştirak edir;
- Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnolojı sənədləşdirmənin hazırlanmasını, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edir;
- Zavod və sexlərdə keyfiyyət müşavirələrində iştirak edir, texnologiyanın vaxtı-vaxtında yoxlanılması işlərini nəzarətdə saxlayır;
- Məmulatın hazırlanması, elm və texnikanın nailiyyətlərinin texnologiyanın tətbiqini həyata keçirir;
- Texnolji sistemlərin layihələşdirilməsi, istehsalat kompleksinin avtomatlaşdırılması təşkil edir;
- Zay və keyfiyyətsiz məhsul buraxılışının və istehsal qəzaları səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması, qəzaların qarşısının alınması tədbirlərinin hazırlanmasında fəal iştirak edir.
Təhsil/Təcrübə:
- Ali-texniki təhsil;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
Dil bilikləri:
- ingilis dili-A2
- rus dili A2
Təklif edirik:
- Qalmağa yer
- Yüksək əməkhaqqı
- 8 saatlıq iş rejimi
- Lazım olduqca xaricə səyahət
İş yeri: Neftçala Sənaye Məhəlləsi