Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- İş təcrübəsi - min 3 il
- Dil bilikləri: Rus dili; İngilis dili bilməsi üstünlükdür
Vəzifə Öhdəlikləri:
- İstehsal proseslərini planlaşdırmaq və təşkil etmək, istehsalın səmərəliliyini artırmaq.
- İstehsalatın planına uyğun olaraq, resursların, xammalın və iş gücünün optimal şəkildə paylanmasını təmin etmək.
- İstehsalat sahələrində iş proseslərini sistematik şəkildə izləmək və istənilən gecikmələrin, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək.
- Müəssisənin istehsal gücünün artırılması üçün texnologiyaların yenilənməsi və innovativ metodların tətbiqi üzrə layihələr hazırlamaq.
- Məhsul istehsalının hər mərhələsində keyfiyyətə nəzarət prosedurlarını təmin etmək, keyfiyyət standartlarına uyğunluq məqsədilə daimi yoxlamalar aparmaq.
- Keyfiyyətə təsir edən əməliyyatların təhlilini aparmaq və prosesdə yaranan hər hansı bir problemin qarşısını almaq üçün dərhal tədbirlər görmək.
- İstehsalat avadanlıqlarının mütəmadi olaraq texniki xidmətə cəlb edilməsi və nasazlıqların vaxtında aşkarlanaraq təmirinin təmin edilməsi.
- Avadanlıq və maşınların səmərəliliyinin artırılması üçün texniki xidmət və təmir işlərinin planlaşdırılmasını və yerinə yetirilməsini izləmək.
- İstehsalatın hər mərhələsi ilə bağlı müvafiq texniki sənədlərin, hesabatların və təhlillərin vaxtında hazırlanmasını təmin etmək.
- İstehsalat proseslərinin nəticələrinə dair rəhbərliyə müntəzəm olaraq ətraflı və keyfiyyətli hesabatlar təqdim etmək, gələcək inkişaf üçün tövsiyələr vermək.
- İş yerində əməyin təhlükəsizliyi qaydalarına uyğun olaraq bütün əməliyyatları həyata keçirmək, işçilərin sağlamlığını qorumaq məqsədilə təhlükəsizlik tədbirlərini həyata keçirmək.
- İstehsalat proseslərinin xərclərini idarə etmək, büdcə planlaması və resursların düzgün istifadəsini təmin etmək.
- Xərclərin azaldılması və gəlirliliyin artırılması məqsədilə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək və s.
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək
- Əmək haqqı: 1500-2000 (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)
- Yaş: 30 - 60
- İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi
Əlaqə nömrəsi: 050-231-12-06 (HR)