Mühəndis-konstruktor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühəndis-konstruktor

  • Deadline 6 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Texniki tapşırıq və standartlara uyğun olaraq məhsul və ya konstruksiya layihələri hazırlamaq;
  • Texniki çertyojlar, spesifikasiyalar, eskizlər və hesabatlar tərtib etmək;
  • Layihə üçün material və avadanlıq seçimini həyata keçirmək;
  • Layihələrin konstruktiv və texnoloji həllərini optimallaşdırmaq;
  • Mövcud konstruksiyalarda dəyişikliklər və təkmilləşdirmələr etmək;
  • Layihə sənədlərinin standartlara (ISO, GOST və s.) uyğunluğunu təmin etmək;
  • İstehsalat prosesinin layihəyə uyğun icrasına nəzarət etmək;
  • Təcrübə sınaqlarında iştirak etmək və nəticələrə əsasən düzəlişlər etmək;
  • İş zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl etmək.
  • Ona həvalə olunmuş layihələrin vaxtında və keyfiyyətlə hazırlanmasına görə;
  • Hazırladığı texniki sənədlərin düzgünlüyünə və standartlara uyğunluğuna görə;
  • Texniki təhlükəsizlik qaydalarına əməl etmədiyinə görə;
  • Sənədlərdə və layihə həllərində buraxılmış səhvlərə görə;
  • Ona verilmiş avadanlıq və sənədlərin qorunmasına görə.

Peşə tələbləri

  • Ali texniki təhsil (mühəndis-konstruktor ixtisası üzrə);
  • Texniki çertyoj, 3D modelləşdirmə və CAD proqramlarında (AutoCAD, SolidWorks,  və s.) işləmə bacarığı;
  • Standartlaşdırma və texniki normativlər üzrə biliklər;
  • Layihələndirmə, hesablama və texniki sənədləşmə bacarığı;
  • Təhlükəsizlik texnikası qaydalarını bilmək və tətbiq etmək;
  • Ən azı 2–5 il müvafiq sahədə iş təcrübəsi arzuolunandır.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək 
  • Əmək haqqı: 1000 -1200 Azn (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)
  • İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi:  050-231-12-06 HR

  • Daily49
  • Weekly49
  • Monthly2163