“Az Protein Foods Group” MMC “Anbardar” vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- Ali təhsil
- Qida sahəsində az 3-5 il anbar təcrübəsi olmalı
- Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək
- 1C proqramında anbar modulunda işləmək
Vəzifə öhdəlikləri:
- Yüklərin, xammalın və mal-materialların anbara qəbulu, saxlanılması və təhvil verilməsi proseslərini təşkil etmək;
- Anbarda mövcud olan mal-material ehtiyatlarının uçotunu aparmaq və siyahılarını hazırlamaq;
- Xammal və mal-materialları qəbul edərkən onların faktiki miqdarını, çəkisini, qablaşdırılmasının vəziyyətini və markalanmasının düzgünlüyünü yoxlamaq;
- Malların göndərilməsi və hərəkəti ilə bağlı məlumatları Əl Terminalı və anbar proqramında qeydiyyata almaq;
- Malların qəbulu və təhvili əməliyyatlarını müəyyən edilmiş qaydalara uyğun icra etmək;
- Malların qablaşdırılmasının təhlükəsiz və normativ tələblərə uyğun olmasına nəzarət etmək;
- Malların anbarda düzgün yerləşdirilməsi və yerdəyişməsi zamanı işçilərin və texnikanın təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək;
- Say, çəki, keyfiyyət və ya qablaşdırma ilə bağlı uyğunsuzluqlar aşkar edildikdə müvafiq aktların tərtib edilməsində iştirak etmək;
- Müəssisədə təsdiq edilmiş qrafikə uyğun olaraq inventarizasiya və sayım işlərində iştirak etmək;
İş şəraiti
- Əmək haqqı: 900 Azn
- İş qrafiki: 6 günlük.
- Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.