Ekspeditor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ekspeditor

  • Deadline 27 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə Tələblər:

  • Yaş həddi:  25 - 45 yaş
  • Staj: 3 - 5 il (Sosis/kolbasa, burger əti və digər ət məhsullarının satışı, Horeca kanalı üzrə təcrübə mütləqdir)
  • BC kateqoriyalı sürücülük vəsiqəsi
  • Şəxsi avtomobili olması mütləqdir
  • İşində ciddi və məsuliyyətli olmalı
  • Müəssisə Buzovna qəsəbəsində yerləşir.

Vəzifə öhdəlikləri:

  • Müştərilərlə ünsiyyətin qurulması və iş birliyinin yaradılması;
  • Ticarət obyektlərində məhsulların təqdimatının keçirilməsi;
  • Yeni müştərilərin cəlb edilməsi,
  • Müəyyən edilən marşrut planı üzrə satış hədəflərinin planlaşdırılması və periodik olaraq yerinə yetirilməsi;
  • Planlaşdırma, təqdimat və marketinq tədbirlərində iştirak edilməsi;
  • Satış standartlarına uyğun olaraq satış nöqtələrində işlərin həyata keçirilməsi;
  • Satış sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərinin izlənilməsi;
  • Ticarət obyektlərində malların tam çeşidinin olmasına nəzarət edilməsi;
  • Ticarət obyektlərində məhsulların düzülüşünün təmin edilməsi;
  • Bütün yeni kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
  • Mövcud olan ticarət nöqtələrinin inkişaf etdirilməsi;
  • Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına, sazlığına görə məsuliyyət daşımaq;
  • Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkətin dəyər və prinsiplərinə uyğun davranmaq;
  • Gündəlik nəticələr haqqında hesabatları hazırlamaq və birbaşa rəhbərə təqdim etmək.

İş şəraiti:

  • Əmək haqqı: 850 manat + bonus 
  • İş qrafiki: 6 günlük.
  • Mobil nömrə şirkət tərəfindən verilir.
  • Yanacaq və amortizasiya xərci qarşılanır.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily1
  • Weekly608
  • Monthly1