Ət məhsulları mağazasına (ət, sosis, kolbasa və s.) Satıcı axtarılır:
Vəzifə öhdəlikləri:
- Müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək
- Müştərilərə məhsullar barədə peşəkar və ətraflı məlumat vermək
- Onların seçim prosesində dəstək olmaq
- Mağazada bitən məhsulların sifarişi və malların qəbulu
- Kassa ilə bağlı vəzifə səlahiyyətləri ilə bağlı əməliyyatları vaxtında və düzgün icra etmək
- Satışdan əldə edilən vəsaitləri gündəlik təhvil-təslim etmək
- Mühasibatlıqla gündəlik üzləşmə etmək
- Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək
- Məhsullar haqqında müştəriyə məlumat vermək
- Müştərinin məhsul seçimi üçün optimal şərait yaratmaq
- Öz işi üzrə hesabatlılıq aparmaq, rəhbərliyə təqdim etmək
İş şəraiti:
- İş yeri: Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi
- Əmək haqqı: 500 AZN (net) + bonus
- Servis var, nahar şirkət tərəfindən verilir,
- İş qrafiki: həftədə 6 gün (Bazar günü istirahət)
Tələblər:
- Yaş: 24 - 35
- Cins: Qadın
- Yüksək ünsiyyət bacarığı və müştərilərlə mehriban davranış
- Aktiv, dinamik, səbrli və gülərüz olmaq
- Komanda ilə işləmə bacarığı
- Azərbaycan dilində səlis danışıq
- Satış sahəsi üzrə min. 1 il iş təcrübəs
- Müəssisə Buzovna ərazisində yerləşdiyi üçün yaxın ərazilərdə qalan namizədlərə üstünlük veriləcəkdir.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına və yaxud +994502654898 whatsapp nömrəsinə şəxsi məlumat və iş fəaliyyəti haqqında ətraflı məlumat göndərmələri xahiş olunur.