Namizədə aid tələblər:
- Ali təhsil: Riyaziyyat, İqtisadiyyat və Maliyyə sahəsində bakalavr dərəcəsi.
- Sığorta sektorunda maliyyə, anderraytinq, təkrarsığorta, daxili audit və ya hüquq sahəsində ən azı 3 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla) və Rus (arzu olunan).
- Yüksək analitika bacarığı olmalı.
- Sığorta qanunvericiliyini mükəmməl səviyyədə bilməli.
- Təkrarsığorta üzrə yüksək bilik və bacarıqları olmalı.
- Kompüter bilikləri: MS Office proqramlarını (Word, Excel, Power Point).
- Yüksək fərdi keyfiyyətlərə malik olmalı, komandada işləməyi bacarmalıdır.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Cəmiyyətin bütün struktur bölmələrinin fəaliyyətini yoxlamaq və qiymətləndirmək.
- Cəmiyyətin qanunvericiliklə, o cümlədən normativ sənədlərlə nəzərdə tutulan daxili sənədlərinin movcud olmasına və onlara əməl olunmasına, həyata keçirilən əməliyyatların xarakterinə və miqyasına, o cümlədən onun fəaliyyət risklərinin azadılmasına adekvat olaraq lazımı etibarlılıq səviyyəsinin təmin edilməsinə nəzarət etmək.
- Cəmiyyətin digər riskləri üzrə məsələlər əhatə olunmaqla daxili audit programına əsasən daxili audit yoxlamalarını aparmaq.
- Rəhbərlik tərəfindən verilən bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır.
- Könüllü tibbi sığorta.
- İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
- Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək.
Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza.
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (Daxili Audit üzrə mütəxəssis) yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər.