İş haqqında:
- Azroksan şirkəti elektrik və elektron avadanlıqların quraşdırılması, texniki baxışı, sazlanması və nasazlıqların aradan qaldırılması işlərini həyata keçirəcək peşəkar Elektrik-elektronika texniki axtarır.
Seçilən namizədlər Türkiyədə 6 aylıq peşəkar təlim proqramında iştirak edərək beynəlxalq iş mühitində dəyərli təcrübə qazanacaq; təlim, yaşayış, yemək və yol xərclərinin hamısı şirkət tərəfindən qarşılanacaq.
Əsas vəzifələr:
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq elektrik və elektron sistemlər üzrə quraşdırma, sazlama və təmir işlərini yerinə yetirmək.
- Ölçmə cihazları, maşın və avadanlıqların texniki vəziyyətinə nəzarət etmək, profilaktik baxım və təmir işlərini həyata keçirmək, görülən işlər barədə müvafiq qeydlər aparmaq.
- İstehsal və ya laboratoriya sahəsinə gətirilmiş alət və avadanlıqların yerində montajı, sınağı və istismara qəbulu prosesində iştirak etmək, aşkar olunan nasazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq.
- Avadanlıq və qurğularda yaranan qüsurlar üzrə ilkin diaqnostika aparmaq, səbəbləri müəyyənləşdirmək və verilmiş təlimatlara uyğun olaraq nasazlıqları aradan qaldırmaq.
- Müvafiq mühəndisə istismar, texniki xidmət və təmizləmə-baxım təlimatlarının hazırlanmasında dəstək göstərmək, tələb olunan texniki məlumatların hazırlanması və sənədləşdirilməsində iştirak etmək.
Tələblər:
- Ali təhsil (Elektrik Elektronika üzrə).
- Elektrik təhlükəsizliyi qaydaları və texniki normalar üzrə bilik.
- Sənaye avadanlıqları və idarəetmə panelləri ilə işləmək bacarığı.
- Nasazlıqların diaqnostikası və operativ şəkildə aradan qaldırılması bacarığı.
- Komanda ilə effektiv əməkdaşlıq bacarığı.
- Bəy namizədlər üçün hərbi xidmətini başa vurmuş və ya artıq çağırılmayacaq (hərbi xidmət öhdəliyi olmayan) şəxslər müraciət edə bilər
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Elektrik-elektronika texniki” qeyd etməlidirlər.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.