Azroksan LLC Azroksan LLC
  • 143

Azroksan LLC

Sənaye , Mühəndislik

Elektrik-elektronika texniki

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik-elektronika texniki

  • Deadline 17 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Azroksan şirkəti elektrik və elektron avadanlıqların quraşdırılması, texniki baxışı, sazlanması və nasazlıqların aradan qaldırılması işlərini həyata keçirəcək peşəkar Elektrik-elektronika texniki axtarır.

Seçilən namizədlər Türkiyədə 6 aylıq peşəkar təlim proqramında iştirak edərək beynəlxalq iş mühitində dəyərli təcrübə qazanacaq; təlim, yaşayış, yemək və yol xərclərinin hamısı şirkət tərəfindən qarşılanacaq.

Əsas vəzifələr:

  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq elektrik və elektron sistemlər üzrə quraşdırma, sazlama və təmir işlərini yerinə yetirmək.
  • Ölçmə cihazları, maşın və avadanlıqların texniki vəziyyətinə nəzarət etmək, profilaktik baxım və təmir işlərini həyata keçirmək, görülən işlər barədə müvafiq qeydlər aparmaq.
  • İstehsal və ya laboratoriya sahəsinə gətirilmiş alət və avadanlıqların yerində montajı, sınağı və istismara qəbulu prosesində iştirak etmək, aşkar olunan nasazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq.
  • Avadanlıq və qurğularda yaranan qüsurlar üzrə ilkin diaqnostika aparmaq, səbəbləri müəyyənləşdirmək və verilmiş təlimatlara uyğun olaraq nasazlıqları aradan qaldırmaq.
  • Müvafiq mühəndisə istismar, texniki xidmət və təmizləmə-baxım təlimatlarının hazırlanmasında dəstək göstərmək, tələb olunan texniki məlumatların hazırlanması və sənədləşdirilməsində iştirak etmək.

Tələblər:

  • Ali təhsil (Elektrik Elektronika üzrə).
  • Elektrik təhlükəsizliyi qaydaları və texniki normalar üzrə bilik.
  • Sənaye avadanlıqları və idarəetmə panelləri ilə işləmək bacarığı.
  • Nasazlıqların diaqnostikası və operativ şəkildə aradan qaldırılması bacarığı. 
  • Komanda ilə effektiv əməkdaşlıq bacarığı. 
  • Bəy namizədlər üçün hərbi xidmətini başa vurmuş və ya artıq çağırılmayacaq (hərbi xidmət öhdəliyi olmayan) şəxslər müraciət edə bilər

Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Elektrik-elektronika texniki” qeyd etməlidirlər.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly599
  • Monthly1692