Azroksan LLC Azroksan LLC
  • 176

Azroksan LLC

Sənaye , Mühəndislik

İnteqrasiya üzrə İstehsalat Texniki

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnteqrasiya üzrə İstehsalat Texniki

  • Deadline 12 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş haqqında:

  • Azroksan şirkəti raket və mərmi alt sistemlərinin montaj əməliyyatlarını istehsal və keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirəcək, montaj, test, ölçmə və qablaşdırma proseslərini icra edərək istehsal sənədlərinin və sistem qeydlərinin düzgün aparılmasını təmin edəcək İnteqrasiya üzrə İstehsalat Texniki axtarır.

Seçilən namizədlər Türkiyədə 6 aylıq peşəkar təlim proqramında iştirak edərək beynəlxalq iş mühitində dəyərli təcrübə qazanacaq; təlim, yaşayış, yemək və yol xərclərinin hamısı şirkət tərəfindən qarşılanacaq.

Əsas vəzifələr:

  • Raket və mərmi alt sistemlərinin montaj əməliyyatlarını müəyyən edilmiş texniki sənədlər və keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirmək.
  • Dizayn və istehsal layihələri çərçivəsində montaj fəaliyyətlərini icra etmək və uyğun yoxlama prosedurlarını tətbiq etmək.
  • Test və ölçmə avadanlıqlarının texniki qulluq və kalibrləmə proseslərini izləmək, kalibrləmə tarixlərini nəzarətdə saxlamaq.
  • İstehsal sənədlərinə uyğun olaraq material və məhsullar üzrə giriş-çıxış əməliyyatlarını yerinə yetirmək.
  • İstehsal, test və ölçmə nəticələrini istehsal izləmə sisteminə (MES) vaxtında daxil etmək.

Tələblər:

  • Ali təhsil (Mühəndislik ilə əlaqəli ixtisaslar)
  • Montaj və ya istehsal proseslərində iş təcrübəsi üstünlükdür.
  • Texniki sənədlərlə işləmə və ölçü alətlərindən istifadə bacarığı.
  • Test və ölçmə avadanlıqları haqqında əsas biliklər.
  • Diqqətlilik, məsuliyyətlilik və komandada işləmə bacarığı.
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.
  • Bəy namizədlər üçün hərbi xidmətini başa vurmuş və ya artıq çağırılmayacaq (hərbi xidmət öhdəliyi olmayan) şəxslər müraciət edə bilər.

Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu sətrində “İnteqrasiya üzrə İstehsalat Texniki” qeyd etməlidirlər.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily18
  • Weekly454
  • Monthly1025